Tarixin ədaləti bərqərar etməsi deyilən bir həqiqət var.
Sənin qəlbini qırarlar, amma sən heç vaxt qəlb qırmazsan.
Sənə pis söz deyərlər, lakin sən o sözü dilinə yaraşdırmazsan.
Söyərlər — susarsan, boş danışarlar — eşitməzsən,
Canını yandırmağa çalışarlar — əhəmiyyət verməzsən.
Amma bir gün gəlir, dönüb baxırsan ki,
Rəbbin sənin qəlbini qıranların qəlbini qırıb,
Sənə acı verənlərin özləri acı içində qovrulub.
Pis söz deyənlər isə, artıq bütün dünyanın lənətlədiyi adamlara çevrilib.
Sən əllərini çirkinliyə bulaşdırmamısan,
Amma Rəbbin, sənin əvəzinə, onlara öz yolları ilə cavab verib.
Onların içindən, onların cinsindən elə insanlar çıxıb ki,
Olanları olmayan, yıxılmazları yıxan olublar.
Buna görə də, bəzən sadəcə səbr etmək kifayət deyil.
Rəbbinə sığın və burax ki,
"O", sənin yerinə haqqı bərqərar etsin...
Şərhlər 0
Şərh Yaz