919-cu ilin iyul ayında Xilafət ordusuna məğlub olan Yusif, qardaşı oğlu Əbül-Müsafir Fəthlə birlikdə 3 illiyinə həbs olundu. Bu illər ərzində Azərbaycanı onun qulamı Subuk idarə etdi. 922-ci ildə həbsdən çıxan Yusif Əbu Sac, Rey və Həmədanı yenidən ələ keçirdi. Bu ərəfədə Ərəbistanda, Bəhreyn ərazisində “qərmətilər” adı ilə tanınan vəhşilik və teror qoxan təriqət meydana gəldi. Qərmətilər İslamın müqəddəs şəhərləri və ziyarətgahlarına hücum etməyə başlamışdılar. Onlar xəlifənin qoşunlarını məğlubiyyətə uğratdılar. Xəlifə bütün İslam aləminə bu təriqətə qarşı savaşmaq üçün müraciət etdi...
Elşəm İsmayıl "Sacilər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz