Milo Manara "Giuseppe Bergman 1 - Venesiyalı Ustası" PDF
Milo Manara üçün "macəra" hər şeydən əvvəl inqilabdır. Çünki macəra hər bir fərd üçün öz taleyini özünün yazmasının yeganə yoludur. Macəra hadisəyə boyun əyməyi rədd edir və taleyin cizgisindən, müəyyənediciliyindən qurtulmaq üçün böyük çabalar tələb edir.
Manaranın ilk cizgi romanında Cüzeppe Berqmanı böyük bir macəra içində izləyirik. Budur, aşağı mədəniyyətin gettosunda macəraya atılmaq istəyən saxta ziyalıların, macəranı yalnız bir qaçış yolu kimi görən tur operatorlarının, macəra ilə risk etməyi bir-birindən ayrı tutan özünübilməzlərin, macəranı saxta əfsanələri və nümunələri sırıyıb satmaq üçün istifadə edən boşboğazların oyunlarını pozmaq üçün bir fürsət!
"Macəra" sadə deyil; amma hərəkətdən daha real, sonsuz xəyallarla zəngin bir dünyadır. Bir-birinə qarışmış bütün qeyri-adi yuxularla (bunlar yaradıcısının xəyallarıdır) dolu bir varlıq; sirrlərlə dolu, anlamaq çətin olan macəra ustası HP və ortaq kimi işə qarışan bizim öz xəyal dünyamızla yüklü canlı və çılğın bir hekayə...
Ehtiyatlı olun! Hər kadrda təhlükə və yumor var!
Şərhlər 0
Şərh Yaz