Əsər dünya neft sənayesi korifcylərindən biri, XX əsr qazıma texnikası sahəsində ən məşhur ixtiralarına və bənzərsiz qazıma üsullarına görə üç dəfə Stalin mükafatına layiq görülmüş, Hindistan, Braziliya və Argentinada qara qızıl xəzinələrinin kəşfində müstəsna fədakrhq nümunələri göstərmiş, hələ sağ ikən özünə möhtəşəm dirilik abidəsi ucaltmış professor Əyyub İsmayıl oğlu Tağıye-vin qeyri-adi ömür və sənət yolunun ayrı-ayrı məqamlarına işıq salır.
Romanın süjet xətti qara qızıl aləminin digər iki nəhəngi - Azərneftin ilk azərbaycanlı rəisi, Respublikanın ilk neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Stalin mükafatı laureatı Süleyman Azad oğlu Vəzirov və SSRİ Neft sənayesi nazirinin birinci müavini, Qaz sənayesi naziri, Lenin və Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Sabit Atababa oğlu Orucovun həyatından götürülmüş epizodik fraqmentlərlə tamamlanır.
Şərhlər 0
Şərh Yaz