Azərbaycancaaz
Mir.az » Kitablar » Nihad Hüseynli "Qanlı Taxt" PDF

Nihad Hüseynli "Qanlı Taxt" PDF

Nihad Hüseynli "Qanlı Taxt" PDF
  • Reytinq: 19
  • Şərhlər: 1
Populyarlıq 84% 84%


Diqqət Çəkənlər

Bir ana, bir oğul və qanla yazılan tale.

Eleanor — bir vaxtlar ailənin şərəfi, indi isə xəyanət damğasıyla küçələrə atılmış bir qadın. Əri Oliverin böhtanları, ailəsinin qəzəbi, cəmiyyətin laqeydliyi… hamısı onu bir uçuruma sürükləyir. Amma Eleanor hələ tükənmir. Çünki yanında bir nəfər var — Gabriel. Balaca, günahsız, susaraq hər şeyi anlayan bir uşaq. Anası üçün işləyən, soyuqda dəftər satan, heç vaxt “niyə mən?” deməyən bir fədakar...

Bu dünyada hər şey pulla alınır, amma ana sevgisi və uşaq mərhəməti hələ də müqəddəsdir. Və bu sevgidən doğan səs, bəzən dünyanı titrədə bilər.

Onlar üçün həyat hər gün bir imtahandır — aclıq, tənha gecələr, təhqirlər və çarəsizlik… Lakin talenin də bir planı var. Və bir gün, Lucian adlı bir adam səhnəyə çıxır.

Onun adı küçələrdə qorxu, səssiz güc və əfsanə kimi fısıldanır. O, təkcə Gabrielə əl uzatmır — o, bütün oyunu dəyişmək üçün gəlir. Amma bu dəyişiklik — nə qurtuluş, nə də sonluqdur… Bu, sadəcə qanla yazılan yeni bir taxtın başlanğıcıdır.

 “Bəzən ən böyük döyüşlər , qaranlıq küçələrdə başlayan addımlarla yazılır…”

Qanlı Taxt – yoxsulluqla zənginliyin, sevgi ilə nifrətin, ana ilə oğulun, və nəhayət… əfsanənin toqquşduğu bir hekayədir.





Nihad Hüseynli "Qanlı Taxt" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Zakir
    Qonaq Zakir
    Qonaq

    Ela maragli kitablar var

Şərh Yaz