Azərbaycancaaz
Mir.az » Kitablar » Mirzə Ələkbər Sabir "Hophopnamə" PDF

Mirzə Ələkbər Sabir "Hophopnamə" PDF

Mirzə Ələkbər Sabir "Hophopnamə" PDF
  • Reytinq: 16
  • Şərhlər: 0
Populyarlıq 88% 88%


Diqqət Çəkənlər

Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeir­lərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassik­lə­rinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsa­sən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları ki­mi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.

Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüd­rətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haq­qını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi in­sana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zül­mündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan isti­fa­də edir. Belə əsərlərdə mənfi surətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə gül­dürür. Başdan-ayağa kinayə və istehza ifadə edən belə şeirlərə “satirik monoloq” adı vermək olar.
Mirzə Ələkbər Sabir "Hophopnamə" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar