Sengiyn Erdene "Ürəkdə Daş" PDF
Tanınmış monqol yazıçısı Sengiyn Erdene 1929-cu ildə Binder Xeytey aymakında (rayonunda) anadan olub.
1955-ci ildə Ulan-Batorda Monqolustan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Hələ tələbəlik illərində o, şeir yazmağa başlamışdır. 1950-ci illərdə onun ilk nəsr əsərləri — povest və hekayələri işıq üzü görmüşdür.
Öz vətənində S. Erdenenin üç hekayə məcmuəsi çap olunub: “Yaz gələndə” (1959), “Xonqor-Zul” (1961) və “Lap üfüqün kənarında” (1963). “Təmiz su mənbəyi” hekayələr toplusu bu üç kitabın əsasında tərtib edilmişdir. Onları Monqolustan Xalq Respublikasının ədəbi qəzet və jurnallarında dərc olunan hekayələr tamamlayır.
Bu kitabda oxuculara qardaş monqol xalqının həyatından bəhs edən maraqlı səhifələr təqdim olunur. S. Erdenenin hekayələrinin mövzusu müxtəlif və özünəməxsus, orijinaldır. Onlar müəllifin incə ustalığı və bacarığı sayəsində qəhrəmanları bizim yaşıdlarımıza kimi göstərir və sosialist Monqolustanın vətəndaşının yeni insani keyfiyyətlərini üzə çıxarır.
Onun epik povestlər silsiləsinə “Dırnaq altından çıxan tozanaq” (1964) və “Günəşli durna” (1972) daxil olmaqla, həmçinin “Göy siçan ili” (1970), “Qız yayı” (1978), “Göy dağların ənginliklərində” (1981) kimi əsərlər aiddir. D. Natsaqdorj haqqında yazdığı “Həyat dairəsi” romanı yeni cəmiyyət quruculuğunda monqol ziyalılarının rolunu əks etdirir.
Azərbaycan dilinə tərcümə olunan hekayələr Sengiyn Erdenenin Moskvanın “Proqress” nəşriyyatında rus dilində çap olunan “Çistıy istoçnik” (“Təmiz su mənbəyi”) kitabından götürülmüşdür.
Şərhlər 0
Şərh Yaz