Ahmet Seyrek "Vladimir Putin Bioqrafiyası" PDF
- Müəllif:
-
Dil:
- Janr: Bioqrafiya
- Baxılıb: 265
- Yükləndi:
- Yükləyən:
Putin: “Heç kim həyatından, sevdiklərindən asanlıqla imtina edə bilməz. İllərlə ailəsini geridə buraxa bilməz. Hər kəs həyatını ölkəsinə xidmət etməyə həsr edə bilməz. Bunu yalnız seçilmiş insanlar edə bilər. Mən əsla şişirtmirəm. Qeyri-rəsmi kəşfiyyatda çalışan insanlar qeyri-adi şəxslərdir,” – deyə o bildirib.
Rusiya Prezidenti 1990-cı ildə Sovet İttifaqının dağılmasından sonra KQB-dəki vəzifəsindən istefa versə də, daha sonra Rusiyanın kəşfiyyat orqanı olan FSB-yə qoşulmuş və 90-cı illərin sonuna qədər burada çalışmışdı.
Yaxşı bir hüquq təhsili alan Putinin tələbəlik illərində iradəli, etibarlı və yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğu deyilir. Onun tələbəlik dövründə Rusiya tarixində mühüm yer tutan I Pyotra və Aleksandr Nevskə heyran olduğu, onları dərin hörmətlə qiymətləndirdiyi məlumdur. Leningrad şəhərinin intellektual mühiti də ona təsir göstərmiş olmalıdır. Gənc hüquq tələbəsi ikən Helsinkinin Yekun Aktı onu ən çox təsirləndirən hüquqi sənədlərdən biri idi. Bu sənəd Qərb dəyərlərinə açıq olan Leningradda xüsusi maraq doğurmuş və Sovet Sosialist Respublikaları İttifaqında insan hüquqlarının qorunması ilə bağlı ilk qrupun yaranmasına səbəb olmuşdu.
Şərhlər 0
Şərh Yaz