Bilim Araştırma Grubu "Parapsixologiya" PDF
- Müəllif:
-
Dil:
- Janr: Parapsixologiya
- Baxılıb: 350
- Yükləndi:
- Yükləyən:
Parapsixologiya elmi insanın bədən qabiliyyətlərini və beş hissindən kənar çoxsaylı digər qabiliyyətlərini və onların səbəb-nəticələrini öyrənir. Getdikcə daha həssaslaşan və inkişaf etdikcə daha da mürəkkəbləşən insan varlığı nəticə etibarı ilə çox vaxt hələ mahiyyəti məlum olmayan qabiliyyətlərin təzahürünü göstərir. Bu qabiliyyətlərin tədqiqi Parapsixologiya elmini təşkil edir.
İnsanın hər bir hiss orqanı onun fiziki dünya və mühitdəki yaşam imkanlarından biri, bir araşdırma–müşahidə aləti və baxış–qavrama bucağıdır. Beləliklə, artıq məhdud saylı bu hisslərin inkişafın daha irəli mərhələlərinə çatmış insan üçün kifayət etmədiyi ortaya çıxır. Və insan, nə isə hikmətlə, son dərəcə zəngin qabiliyyətlər xəzinəsindən yeni-yeni psixi qabiliyyətlər və onların təzahürlərini üzə çıxarır... Bunlar bəzən onların oyandırılması ilə, bəzən təbii olaraq, bəzən xüsusi təlim və məşqlərlə yaranır, meydana çıxır.
Görünür ki, insan varlığının inkişafının hər mərhələsində kainatdakı azadlıq və ucalış ancaq onu yaşayan varlıq edən hiss və qabiliyyətlərin inkişafı və çoxalması ilə mümkün olur.
Bu mövzunun getdikcə inkişaf edən tədqiqatları izlənilməli, əldə olunan nəticələr və məlumatlar əsasında həyat və evolusiyanın yenidən gözdən keçirilməsi və qiymətləndirilməsi tələb olunur.
Şərhlər 0
Şərh Yaz