R. F. Kuang "katabasis" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman | Elmi-Fantastika
- Baxılıb: 250
- Yükləndi:
- Yükləyən:
Çoxsatılan “Sarı Yüz” kitabının müəllifi R. F. Kuangın bütün dünyada həyəcanla gözlənilən yeni romanı “Katabasis” artıq türk dilindən sonra azərbaycancada!
İki doktorant öz rəqabətlərini kənara qoyub professorlarının ruhunu xilas etmək üçün Cəhənnəmə getməyə məcburdur — bəlkə də bunun müqabilində öz ruhlarını belə qurban verməli olacaqlar.
Alice Lawun həyatda tək bir məqsədi vardı: sehr sahəsində ən istedadlı insan olmaq. Bunun gerçəkləşməsi üçün hər şeyini fəda etməyə hazır idi: qürurunu, sağlamlığını, sevgi həyatını və əlbəttə ki, ağlını. Bütün bunlar dünyanın ən böyük sehrbazı olan, Kembridcli professor Jacob Grimeslə işləmək üçün idi.
Amma professor sehr qəzasında ölüncə hər şey dəyişdi.
Grimes artıq cəhənnəmdə idi və Alice onun ardınca getməkdə qərarlı idi. Çünki professorun yazacağı tövsiyə məktubu Alice-in gələcəyinə təsir edəcək gücə malik idi və ölüm belə onun arzularının ardınca getməsinə mane ola bilməzdi.
Alice-in əzəli rəqibi Peter Murdoch da eyni fikirdə idi.
Beləcə, bu iki rəqib sevmədikləri bir adamı xilas etmək üçün cəhənnəmin dərinliklərinə doğru yola çıxacaqdılar.
Amma cəhənnəm nə qədim hekayələrdə, nə də müqəddəs kitablarda təsvir edildiyi kimi idi.
Çox daha təhlükəli idi.
“Katabasis” haqqında rəylər:
“Kuang ‘Katabasis’də oxucunu həm komik, həm qanlı, həm də sarsıdıcı bir səyahətə çıxarır; akademik həyatın təhlükələrini və güc strukturunu amansızcasına satira edərkən, həssas bir insan ürəyinə sahib olmağın mənasını heç vaxt gözdən qaçırmır.” – Leigh Bardugo
“Möhtəşəm və təsirli bir hekayə; əlindən yerə qoya bilmədim. Bu kitab tam bir təcrübədir. Onu ilk dəfə oxuyacaq insanlara qibtə edirəm.” – Rebecca Ross
“Katabasis, ürək ağrıdan dərəcədə real personajları və cəlbedici dünya quruluşu ilə ilin ən iddialı romanlarından biridir.” – The New York Times
“İnanılmaz fikirlərlə dolu bir kitab. Kuang ən yaradıcı yazarlardan biridir. Üslubu yağ kimi axır. ‘Katabasis’ müasir klassik olmağa namizəd güclü və zamansız bir əsərdir.” – Olivie Blake
“Nə macəra ama! ‘Katabasis’ tam bir şah əsərdir — ədəbi, hazırcavab və ustalıqla yazılmış; son dərəcə qaneedici finalına qədər həm həyəcanlandırır, həm də valeh edir. Oxumaqdan böyük zövq aldım.” – Gareth Brown
“Şeytani dərəcədə ağıllı və gözlənilmədən şirin; cəhənnəmə getmək heç vaxt bu qədər əyləncəli olmamışdı.” – Shannon Chakraborty
Şərhlər 0
Şərh Yaz