Azərbaycancaaz
Mir.az » Kitablar » Fəxrəddin Qasımoğlu "Ruh" PDF

Fəxrəddin Qasımoğlu "Ruh" PDF

Fəxrəddin Qasımoğlu "Ruh" PDF
  • Reytinq: 10
  • Şərhlər: 16
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Hörmətli oxucu!

 
Növbəti, bir qədər fərqli üslubda yazdığım romanımı sizlərə təqdim edirəm. Süjet xətti tanınmış iş adamının oğurlanmış on beş yaşlı oğlunun axtarışları üzərində qurulub. Əlbəttə, bu əsərdə də hadisələr artan dinamika ilə cərəyan edir. Amma dediyim kimi, bir qədər fərqli şəkildə. Burada insan psixologiyasının incəliklərinə, insanların özləri də bilmədən onları ələ verən vərdişlərinə yaxşı bələd olan qəhrəmanın müşahidələri diqqət çəkir. Bu işi araşdırmağı üzərinə götürən detektivin diqqətini elə ilk dəqiqələrdən cəlb edən bəzi detallar və müşahidələr əsasında qurduğu fərziyyələri gedişatda təsdiqlənməyə başlayır və nəticədə «təzadh» bir vəziyyət yaranır.


Yaxşı əməliyyatçı müəyyən mənada həm də yaxşı psixoloq olmalıdır. Bəzən insanların bir jesti, sifətində yaranmış ani bir mimikası təcrübəli əməliyyatçıya çox şeydən xəbər verir, yaxud ilk baxışdan «adi» görünən bir suala alman cavab cinayətin açılmasında ipucu olur. Sizə təqdim etdiyim «Ruh» romanında yer almış cinayətin açılmasında məhz bu üsullara daha çox üstünlük vermişəm.


Əsərdəki qırılmış insan taleləri ilə rastlaşarkən bəlkə də hansısa oxucu orada kimisə, və yaxud da, özünü görmüş olsun. Axı hamımız bilirik ki, həyat heç də «bal» deyil və hərəyə özünəməxsus şəkildə «sürpriz»lər yaşadır. Yaşananlar isə bu və ya başqa formada özündən sonra izlər qoyur. Romanın süjeti haqqında bundan artıq danışmaq istəmirəm. Yəqin ki, oxuyarkən nəyi nəzərdə tutduğumu və nəyi «təzadh» adlandırdığımı özünüz başa düşəcəksiniz.


Bir detektivi müəmmalar nə qədər maraqlı edirsə də, istəyirəm biləsiniz ki, cinayətlərin araşdırılması prosesləri-nin reallığı əslində tam fərqlidir və bir başqa cür maraqlıdır. Elə mən də sizə təqdim etdiyim bu romanımı yazarkən həmin fərqliliyə üstünlük vermişəm, oxucuya reallığı və nəyin necə baş verdiyini maksimum olduğu kimi göstərməyə çalışmışam. Ümumiyyətlə, əvvəlki əsərlərimdə də qəhrəmanımı hər şeyi bacaran fövqəlinsana çevirməmişəm, onu sadəcə öz işini yaxşı bilən bir peşəkar kimi təqdim edirəm. Romanlarımdakı hadisələri isə əndazədən çıxarmıram heç vaxt. Detektiv detektiv kimi yazılmalıdır. Əks halda mənim qəhrəmanımın «Hörümçək» filmindəki fantastik qəhrəmanla heç bir fərqi olmaz.


Qəhrəmanım isə xəfiyyə Bəxtiyar Nəzərlidir. O, Daxili İşlər Nazirliyinin Əməliyyat aparatının məktəbini keçmiş istefada olan polis mayorudur. Çiyinləri arxasında on səkkiz illik xidmət illəri və topladığı böyük təcrübəsi olan peşəkar polis zabitidir.


Düşünürəm ki, bu romanım da oxucularım üçün ma-raqlı olacaqdır. Xoş mütaliələr.

Fəxrəddin Qasımoğlu "Ruh" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 16

Şərh Yaz
  1. Sonay Musayeva
    Sonay Musayeva
    Şərhçi
    pdf də biraz problem var oxumağ cəhətdən🙂
    1. Admin
      Admin
      Bilgin

      Düzəliş edildi.

      --------------------
      İnstagram
  2. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Zəhmət olmasa Adminə yazın. Texniki problem olur, sonra düzəlir.

  3. Qərib..
    Qərib..
    Oxucu
    Oxunmaz haldadır
    1. Admin
      Admin
      Bilgin
      Kitab oxunaqlıdır və çox yüksək keyfiyyətdədir. Heç bir problem yoxdu.
      --------------------
      İnstagram
  4. Zamin Muslumov
    Zamin Muslumov
    Premium

    Salam cənab polkovnik. Romanınızı birnəfəsə 2 saata oxuyub bitirdim. Açığı daha irihəcmli olacağını gözləyirdim 144 səhifədir çox bəyəndim. Sənubərin yaşantıları mənə çox pis təsir etdi. Uğurlar arzulayıram növbəti kitablarınızın çıxmağını səbirsizliklə gözləyirik.

  5. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam, Zamin müəllim. Maşallah nə tez oxuduz)))). Zamanın tələbi dəyişib. Oxucu böyük həcm istəmir daha. Rəyə görə sağ olun. Davam edirəm yazmağa vaxt olduqca.
  6. İlahə_83
    İlahə_83
    Şərhçi
    3 saata oxuyub bitirdim, hislərimi ifadə edə bilmirəm, Ruhanənin yaşadıqları, Gəraybəylinin ömrünün sonunadək acı bir yalanla xoşbəxt olması, Bəxtiyar Nəzərlinin sondakı düzgün qərarı...uğurlarınız bol olsun, cənab zabit, yeni əsərinizi məmnuniyyətlə gözləyirəm🤗
  7. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Şərhinizi gözləyirdim, İlahə xanım. Fikrinizcə, bir kişi olaraq bir qadının keçirdiy hissləri oxucuya lazımi dərəcədə çatdira bilmişəm? Cavab mənimçün vacibdi.
  8. İlahə_83
    İlahə_83
    Şərhçi
    Günaydın, cənab zabit, oxuyucunuz olaraq mənim şərhimi gözləməyiniz, rəyimlə maraqlanmağınız mənə çox xoş oldu həqiqətən, bir ədəbiyyat vurğunu olmağımı dəyərləndirmisiniz bir sözlə, çox minnətdaram. Əslində deyərdim bir polis olaraq bir qadının hislərini oxucuya çatdıra bilmisiniz, o qadının yaşadığı çətinliklərə görə həm insani olaraq, həm polis olaraq qadına dəstək olmusunuz, bunu Bəxtiyar Nəzərlinin sondakı atdığı addımla daha dolğun göstərmisiniz. Alqışlayıram, cənab zabit.

  9. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Təşəkkür, İlahə xanım.
  10. İlahə_83
    İlahə_83
    Şərhçi
    Cənab zabit, sizin əsərlərinizi bilirsiniz niyə bəyənirəm, çünki Bəxtiyar Nəzərlinin timsalında insanlığı, xeyirxahlığı təbliğ edirsiniz, qadına dəyər verirsiniz, Lamiyə obrazıyla qadının güclü, mübariz, bacarıqlı olduğunu, Gülanə obrazıyla isə qadının evdarlığını, sədaqətini göstərirsiniz. Təşəkkülər, cənab zabit.
  11. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Desəm ki, yaxşi qayğanaq bişirə bilirəm, burada fərəhlənməli heç nə yoxdu. Desəm ki, başqa heç nə bişirə bilmirəm, burada da ayıb bir şey yoxdu.Hələ ütü, onu yalnız cərəyana qoşa bilərəm))))). Ona görə də Allah siz qadınlari biz kişilərə çox görməsin.
  12. İlahə_83
    İlahə_83
    Şərhçi
    Allah güldürsün sizi, cənab zabit, babat güldürdünüz məni))) yumor hissiniz əla))) Allah Vətənimizin keşiyində və xalqımızın asayişində duran sizləri, mərd oğullarımızı qorusun, cənab zabit, var olun!
  13. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Hələlik, yaxşı xanım. Növbəti kitaba qədər...

  14. İlahə_83
    İlahə_83
    Şərhçi
    Hələlik, cənab zabit, məmnuniyyətlə yeni kitabınızı gözləyirəm, bol-bol uğurlar🤗

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar