Azərbaycancaaz
Mir.az » Kitablar » Fikrət Sadıq "Halbuki" PDF

Fikrət Sadıq "Halbuki" PDF

Fikrət Sadıq "Halbuki" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Yorularsa yurd daşı yorğun Türkün balıncı
Qüruruna yedirtməz o heç zaman qaxıncı
Bircə dəfə çəkərsə Türk qınından qılıncı
İvan imana gələr aşot udar sarısın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Şərin üstünə gedər, geri durmaz o qəti
Haqq uğrunda savaşda tükənməzki taqəti
Tanrıya xitmət onun tək amal tək niyyəti
Tək duası hər millət niyyətindən yarısın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Türkə qənim kəsilən qulsan qul iddianda
Özün qulsan üstəlik quldu bax iddian da
Bacarırsan sonacaq dirəş qal iddianda
Qoy iddian qız kimi ürəyində qarısın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Damarındakı qandı düşmənlərə göz dağı
Türkə xain tülküdən ola bilməzki yağı
Üç qitədə qaldırıb öz adına bayrağı
Varlığı simvoludur ədalətli barışın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Gərək dünya dərk edə başına kapak qala
Ədalətin dərsini gərək o Türkdən ala
Çox uzaq tarix deyil a dostlar Çanaqqala
Zəlil etdi o düzdə avropanın yarısın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Unutmuruq heç zaman Çaldıran səhfimiz var
Avropanı ayaqa qaldıran səhvimiz var
Hələki səbr edirik hələki əfvimiz var
De biz çəkdirmədikmi Çinə böyük barısın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Olmayıb ola bilməz dunya Türkün qəfəsi
O hürrdü hürr qalacaq nə qədər var nəfəsi
Geci tezi pozacaq atəşlə atəşkəsi
Göturub yalanını dünya özün sarısın
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Kimki Türkə lağ edir demək hələ naşıdı
Dünya Türkün beşiyi Türk dünyanın yaşıdı
İslamın bayrağını dünyaya tək daşıdı
Endirəcək bayrağın geci tezi urusun
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

O əsgərtək doğuldu dünya Türkün səngəri
Vətən eşqi imandan bu dilinin əzbəri
Tanrı Türkün Tanrısı, Türk Tanrının əsgəri
Yetim der Fikrət Sadıq daha rahat uyusun
Türk özünü qorumur, Tanrı Türkü qorusun.

Fikrət Sadıq
Fikrət Sadıq "Halbuki" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar