Azərbaycancaaz
Mir.az » Kitablar » Jül Vern "Yerin mərkəzinə səyahət" PDF

Jül Vern "Yerin mərkəzinə səyahət" PDF

Jül Vern "Yerin mərkəzinə səyahət" PDF
  • Reytinq: 19
  • Şərhlər: 3
Populyarlıq 74% 74%


Diqqət Çəkənlər
Almaniyanın Hamburq şəhərinin köhnə məhəlləsində kiçik bir ev; masanın üstündə həll olunmağı gözləyən şifrəli bir yazı durur. Gənc Axel'in əmisi geoloq və mədən bilicisi Professor Otto Liedenbrock, bu şifrəli kağız parçasını az əvvəl qədim bir kitabı vərəqləyərkən tapmışdı. Bu kiçicik kağızda şifrələnmiş qeyd, Professor Liedenbrock üçün dünyanın mərkəzinə doğru səyahətin sirr pərdəsinin aralanması demək idi. Əmisinin mənəvi qızı Graubenə aşiq olan Axel'in, nəticə verməyəcəyini bildiyi halda, "magmaya doğru səyahət bizi əritməzmi" şəklindəki etirazına elmə aşiq Professorun cavabı, "Riskə girməyənlər uğurlara imza ata bilməzlər" olacaqdı. Artıq geriyə yol yox idi; 24 May 1863-cü il Bazar günü başlayan qatar səyahəti onları Danimarkaya aparacaq və burada razılaşdıqları bələdçi Hans ilə birlikdə dünyanın mərkəzinə gedə bilmək üçün Sneffell Dağı'nın kraterlərindəki yolu tapmağa çalışacaqdılar. Bu səyahətdə onları inanılması çətin olan sürprizlər gözləyirdi. Və bir gözləyən daha vardı: Axel'i çox sevən Grauben...
 
Ədəbiyyatda elmi fantastikanın pionerlərindən biri olan Jules Verne'nin (1828-1905) ən məşhur romanlarından biri olan "Dünyanın Mərkəzinə Səyahət", ilk dəfə 1864-cü ildə nəşr olunmuşdur. Hava nəqliyyatı və praktiki sualtı qayıqların belə hələ icad edilmədiyi illər öncəsi, dənizlərin altı, göy üzü və kosmosla bağlı romanlara imza atan Jules Verne'nin əsərləri 150-yə yaxın dilə tərcümə olunmuşdur.
Jül Vern "Yerin mərkəzinə səyahət" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Qonaq Rəvan
    Qonaq Rəvan
    Qonaq
    Oxumaq
  2. Qonaq efsane
    Qonaq efsane
    Qonaq
    1. [hide][/hide][spoiler][/spoiler]

    en sevdiyim kitab

  3. Qonaq Server
    Qonaq Server
    Qonaq


    Çox gözeldir



Şərh Yaz