Azərbaycancaaz
Mir.az » Kitablar » Abdulla Şaiq "Seçilmiş Əsərləri 1"PDF

Abdulla Şaiq "Seçilmiş Əsərləri 1"PDF

Abdulla Şaiq "Seçilmiş Əsərləri 1"PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri, ədəbi-publisist yazıları, müntəxəbat və dərslikləri bir yazıçı və pedaqoq kimi, romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərəkatın görkəmli xadimi kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin büllurlaşmasına hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin, bu nəsrin bugünkü ifadə mükəmməlliyinə ən yaxın olan bədii ifadə və üslub nümunələrindən biridir. Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş, bu əsərlərə ümumxalq məhəbbəti qazandırmışdır. Ədibin “Seçilmiş əsərləri”nin üçcildliyinin I cildinə lirik hekayəçiliyimizin və iri formalı milli nəsrin klassik örnəkləri sayılan hekayələri, povesti və romanları daxil edilmişdir.

Kitabda daxil edilmiş HEKAYƏLƏR: Məktub yetişmədi, Köç, Daşqın, Göbələk, Pirin kəraməti, Ağlaşma, Dəyərli bir xatirə, İblisin hüzurunda, Anabacı, Vəzifə, Özü bilsin, mənə nə!, Solmaz və sönməz, Hitlerin yuxusu, Baş üstə, Masama
POVEST: Xasay
ROMANLAR: Əsrimizin qəhrəmanları, Dursun, Araz, İki müztərib yaxud əzab və vicdan.
Abdulla Şaiq "Seçilmiş Əsərləri 1"PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar