Yanından yeddi dərə keçən, ətəyində oğru adamlar və heyvanlar gizlənən, başı şimşəklər görmüş qoca dağın dibindən torpaq yığıb kisəyə dolduran, evə gətirən, su ilə qarışdırıb çiməndə bədəninin hər yerinə yaxan, quruyandan sonra yuyunub təmizlənən, qüsl verib, sonradan təzə aldığı alt və üst paltarlarını geyinən Nazənin elə bildi ki, tərtəmiz olub, daha onun keçmişindən əsər-əlamət qalmayıb.
O gündən qapısından içəri bir erkək pişiyi də buraxmadı. Güzgünün qabağında dayanıb özünə diqqətlə baxanda birdən hönkürüb ağladı. Boğazının altında xırda qırışlar aydınca sezilirdi. Necə olmuşdu o qırışları heç görməmişdi?
«Sən necə də gözəlsən, ay Nazənin».
«Dərin, elə bil mərmərdən yoğrulub».
«Sinən cənnət bağçasıdır, sulu narlar qoşa-qoşa».
Hardansa o sözlər gəlib beyninə dəyir, qulaqlarında əks- səda verir, rahatlığını, dincliyini əlindən alırdı.
Anası da həmin dağın dibindən gətirdiyi torpağın palçığında yuyunmuşdu. Onda onun əlli, əlli-beş yaşı olardı.

Rasim Gənzəli "Qiyamət Qopanda" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz