Azərbaycancaaz
Mir.az » Kitablar » Rasim Gənzəli "Qurdbəşər" PDF

Rasim Gənzəli "Qurdbəşər" PDF

Rasim Gənzəli "Qurdbəşər" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Qk-Jərhəd məntəqəsini keçəndən sonra dərindən nəfəs aldı. Ətrafa göz gəzdirdi. Bu yerlər ona tanış gəlirdi. Nə isə düşünüb Təbrizə gedən yoldan bir qədər aralandı. Özünü dağların ətəyindəki çəmənliklərə sarı verib, yolu gözündən itirmədən bir xeyli beləcə yeridi. Yeridikcə beynindəki yaddaş kodu işə düşür, xatirələri oyanır, bu yerlərdə dolaşan günlərini anaraq gah kövrəlir, gah həyəcanlanır, gah da isti küləklər üz- gözündə gəzirmiş kimi təbəssümlü anlar yaşayırdı.
Onda çox qorxulu günlər yaşamışdılar. Bir neçə gün ölüm mələyi ilə üz-üzə dayanmışdılar. Gülüz onun əlindən bərk-bərk tutub sıxır, sinəsinə qısılır, ürəyinin döyüntüsünü onun ürək döyüntülərinə qatırdı. Bir anda hər şey baş verə bilərdi. Onları tutub geri apara bilərdilər. Onda daha bunların nicatına heç kəs çata bilməzdi. Belə olsaydı dar ağacına gedən yoldan qayıtmağın mümkünlüyü yox idi. Bunları düşünəndə Eltürk üşüyürdü. Qəlbindən anlaşılmaz, ancaq hər tərəfi qorxulu olan hisslər keçirdi. Ən çox da bu qıza görə narahat idi. Bu ülkər, kövrək, zərif qızcığazın dar ağacından asılacağını düşünəndə düşüncəsi keyləşir, səsi batır, hardan gəlib, hara getdiyini ayırd edə bilmirdi... Bax, deyəsən, o boz dağ idi, onun aşağısındaki böyük daşın altına qısılmışdılar.
Rasim Gənzəli "Qurdbəşər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar