Azərbaycancaaz
Mir.az » Resept » Asan və Tez hazırlanan Şirniyyat - Limonlu keks resepti

Asan və Tez hazırlanan Şirniyyat - Limonlu keks resepti

307
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Asan və Tez hazırlanan Şirniyyat - Limonlu keks resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Standart kekslərdən biraz kənara çıxaraq sizə limon ətirli keks reseptini hazırladıq. Dadı qədər ətri də sizi valeh edəcək. Çay süfrələrinizin əvəzolunmaz şirniyyatına çevriləcəyinə əminik.

Bizim reseptdən faydalanaraq “Limonlu keks” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

Keks resepti tərkibi
2 stəkan un
4 ədəd yumurta (Yumurta böyük olarsa, 2 ədəd)
1/2 stəkan duru yağ
1 stəkan şəkər tozu
1 stəkan ilıq süd
Vanil
Qabartma tozu
1 çimdik duz

Hazırlanma qaydası:

1. Əvvəlcə bizə lazım olan ərzaqlarımızı hazırlayırıq. Daha sonra yumurtaları dərin bir qaba qırıb mikserlə çalırıq. Yavaş-yavaş şəkər tozunu əlavə edirik. Tam ağarana qədər çalmağa davam edirik.

2. Daha sonra alınan qarışıma südü və duru yağı əlavə edib biraz qarışdırırıq.
Limon ətri gəlməsi üçün limonun qabığını rəndədən keçirib qarışıma əlavə edirik.
Qabartma tozunu və vanili una əlavə edib, ələkdən keçiririk. Ələnmiş unu qarışıma yavaş-yavaş tökərək qarışdırırıq. Un tam qarışana qədər qarışdırmağa davam edirik.

3. Keks qablarımızı hazırlayırıq. Qabların içərisinə kekslər yapışmasın və qabdan rahat çıxsın deyə keks üçün olan hazır kağız qabları düzürük. Daha sonra qabların içini doldururuq. Əvvəlcədən qızdırılmış sobamızda 180 dərəcədə 10-15 dəqiqə bişiririk.

Nuş olsun! :)

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz