Azərbaycancaaz
Mir.az » Resept » Quru Meyvəli Keks Resepti

Quru Meyvəli Keks Resepti

136
asan resept,asan yemək resept,sadə resept
1040 calories, 10 grams fat
Quru Meyvəli Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Doğranmış quru ərik, əncir, portağal-limon qabıqları və hətta xurma kimi quru meyvələrin kişmiş və qarağat dənələri ilə qarışdırılaraq hazırlanan quru meyvə qarışığı bu keksin vazkeçilməz hissəsidir.
Quru meyvəli keks reseptinə nəmlik və ətir qatacaq meyvə hissəcikləri ləzzətli dadı və təzə bişmiş keksin qoxusu ilə diqqəti cəlb edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 3/4 stəkan şəkər tozu
  • 1/2 stəkan günəbaxan yağı
  • 1 xörək qaşığı kərə yağı (otaq temperaturunda)
  • 3/4 stəkan qatıq
  • 3/4 stəkan quru meyvə qarışığı (əncir doğranmış)
  • 1 ədəd limonun qabığı
  • 2,5 stəkan un
  • 1 paket soda (1 çay qaşığı limon suyu ilə köpürtülməlidir)

  • Keks qəlibini yağlamaq üçün:
  • 1 çay qaşığı kərə yağı

Hazırlanma qaydası:

Quru Meyvəli Keks Resepti İpucu
Keksin hazırlanmasında istifadə etdiyiniz bütün inqrediyentlərin otaq temperaturunda olmasına diqqət edin.Keksə azca nəmlik və ətir qatacaq qurudulmuş meyvələri 1 xörək qaşığı unla qarışdırın ki, dibinə batmasın və yapışmasın.

Quru Meyvəli Keks Resepti üçün Bişirmə Təklifi
Hazır qurudulmuş meyvə qarışımlarından istifadə edə bilərsiniz və ya 2-3 ədəd ərik, əncir vəxurmanı kub şəklində doğrayıb kişmişlə birlikdə keks qarışığına əlavə edə bilərsiniz.


Yumurta və şəkər tozunu mikserin köməyi ilə şəkər tozu tamamilə həll olunana qədər çalın.
Günəbaxan yağı, süzmə qatıq və otaq temperaturunda saxladığınız kərə yağını əlavə edib qarışdırmağa davam edin.
Üzərinə sürtgəcdən keçirilmiş limon qabığı, ələnmiş un və limon suyu ilə qarışdırılmış qabartma tozunu əlavə edin və qalınlaşana qədər qısa müddət ərzində qarışdırın.
Nəhayət,doğranmış quru meyvələri az miqdarda unla qarışdırdıqdan sonra əlavə edin və taxta qaşıq ilə keks xəmirinə qarışdırın.
Kərə yağı ilə yağlanmış krks qəlibinə məhlulu töküb taxta qaşıq ilə hamarlayın və əvvəlcədən isidilmiş 170 dərəcə sobada 35-40 dəqiqə bişirin.
Keksi sobadan çıxarın və otaq temperaturuna gəldikdən sonra dilimləyib isti çayla sevdiklərinizlə bölüşün.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz