Azərbaycancaaz
Mir.az » Resept » Pambıq Kimi : Qozlu Keks Resepti

Pambıq Kimi : Qozlu Keks Resepti

725
asan resept,asan yemək resept,sadə resept
1240 calories, 12 grams fat
Pambıq Kimi : Qozlu Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qozun rəngini və dadını gözəlləşdirməyən yemək ola bilərmi? Çayın yanına yaraşacaq pambıq kimi keksdə aparıcı rol qozdur. Ən ləzzətli keks reseptlərindən biri olan qozlu keks resepti, qabararaq şişir və pambıq kimi yumşaqlığı ilə hamını heyran qoyur.
Evdə asanlıqla hazırlaya biləcəyiniz yumşaq qozlu keks resepti sevdiyiniz keks reseptlərindən biri olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1.5 stəkan qəhvəyi şəkər tozu
  • 100 qram kərə yağı (ərimiş)
  • 1/2 stəkan süd
  • 1 stəkan qoz
  • 2 stəkan un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

  • Keks qabını yağlamaq üçün:
  • 1 çay qaşığı kərə yağı

Hazırlanma qaydası:

Yumurta və qəhvəyi şəkər tozunu mikserin köməyi ilə şəkər əriyənə kimi çalın.
Otaq temperaturunda saxladığınız kərə yağını əlavə edib çalmağa davam edin.
Ardı ilə südü əlavə edin və bütün maye maddələri qarışdırın.
Un, qabartma tozu və vanili ələyib xəmirə yavaş-yavaş əlavə edin və un qarışana qədər qarışdırın.
Sonda qozları iri parçalara ayırıb xəmirə əlavə edib taxta qaşıq və ya spatula ilə qarışdırın.
Keks qarışığını kərə yağı ilə yağladığınız və unladığınız keks qəlibinə tökün.Əzilmiş qoz və qəhvəyi şəkər tozunu üzərinə səpib əvvəlcədən isidilmiş sobada 170 dərəcədə 40 dəqiqə bişirin.
Keks otaq temperaturuna gəldikdən sonra dilimləyib çayın yanında sevdiklərinizlə bölüşün.

Qeyd: İstəsəniz,xəmirinə un əlavə edən zaman darçın və zəncəfil tozu da əlavə edə bilərsiniz.
Qəhvəyi şəkər tozu əvəzinə 1 stəkan şəkər tozu istifadə edə bilərsiniz.
Kərə yağı yerinə 1/2 fincan bitki yağından da istifadə edə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz