Azərbaycancaaz
Mir.az » Resept » Yumşaqlığı Südlü Şərbətindən : Mannılı Keks Resepti

Yumşaqlığı Südlü Şərbətindən : Mannılı Keks Resepti

1 010
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Yumşaqlığı Südlü Şərbətindən : Mannılı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yumşaq, şəkəri az, hazırlanması asan keks dadmaq istiyirsizsə, bu keks sizin üçün idealdır. . Ağızda dağılan , yumyumşaq ,qoxusu və aroması ilə dadından doymaq olmayacaq. Hər zaman çay süfrələrinizin bəzəyi olacaq. “
Qaynamadan hazırlanan ilıq süd, vanil və şəkər tozu ilə hazırlanmış şərbəti keksə çiləyin. Keks südü yavaş-yavaş canına çəkir. Yumşaq, azca nəmli keks alınır.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1/2 stəkan süd
  • 6 xörək qaşığı şəkər tozu
  • 1.5 stəkan duru yağ
  • 4 yemək qaşığı mannı
  • 2 - 2,5 stəkan un
  • 1 paket vanilin
  • 1 çay qaşığı limon qabığı
  • 1 paket qabartma tozu

  • Şərbət üçün:
  • 1.5 stəkan isti süd
  • 1 paket vanil
  • 4 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Yumurtaların üzərinə şəkər tozu əlavə edib mikserlə yaxşıca çalın. Sonra süd və yağı da əlavə edib qarışdırma prosesinə davm edin.
Un, qabartma tozu və vanili ələyib əlavə edib taxta qaşıqla qarışdırın.
Sonda mannı və limon qabığı töküb son dəfə qarışdırın.
Keksi yağlanmış, unlanmış orta ölçülü soba qabına töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada orta hesabla 25-30 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
İlıq südə vanil və şəkər tozu əlavə edib qarışdırın ki ,şəkər tozu ərisin. Və südü kənara soyumağa qoyun.
Sobadan aldığınız keksin üzərini bıçaq və ya çəngəl ilə deşiklər açıb üzərinə hazırladığınız südü tökün. Keksin südü canına çəkməsini gözləyin.
Süd yaxşıca hopduqdan sonra soyuducuya qoyub 1 saat saxlayın. Çıxarıb üzərini zövqə görə bəzəyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz