Fransızların Səhərləri Yediyi Əfsanə Kruvasan Resepti
Yemək Haqqında:
Fransa mətbəxindən Şirniyyat resepti.
Ən gözəl və yararlı Fransız icadı qat- qat köpən , çıtır xəmiri ilə göz oxşayan, mədələri məst edən kruvasan hazırlaması biraz həvəs , incəlik tələb edir. Sizdə çıtır -çıtır , dadlı , ləzzətli kruvasanlar hazırlayıb dostlarınızı çaya dəvət edib məst edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
24 nəfərlikHAZIRLIQ VAXTI
55 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
1 kq un1 stəkan ərimiş yağ
1 paket maya
2 stəkan süd
Yarım stəkan şəkər tozu
1/3 çay qaşığı duz
Xəmiri açmaq üçün:
250 qram kərə yağı( və ya marqarin)
İçi üçün :
Nutella
Üzəri üçün:
2 ədəd yumurta sarısı
Hazırlanma qaydası:
Unun orta hissəni hovuz şəklində açın.Ortada qalan boş yerə duz,şəkər tozu ,ilıq süd və mayanı əlavə edib barmaqlarınızın ucu ilə yavaş-yavaş yoğurmağa başlayın.
Maya,şəkər tozu,duz ilıq süddə həll olduqdan sonra ərinmiş kərə yağını əlavə edin.Yan hissədə qalan unu da içinə az-az əlavə edərək qarışdırın.
Bütün inqrediyentlər qatılaşdıqda hamar, elastik və yumşaq bir xəmir əldə edilir. Xəmiri təmiz mətbəx dəsmalı ilə örtdükdən sonra otaq temperaturunda 30 dəqiqə qalxsın.
Xəmiri 12 kündəyə bölün ( hardasa portağal böyüklüyündə ). Üzərini streçlə örtüb biraz köpməsini gözləyin ( o zaman daha rahat yayılacaq). Kündələri 6,6 olmaqla boşqab böyüklüyündə oxlovla yayıb , aralarını yağlayıb üst -üstə qoyun( sonuncunu yağlamırıq). Yağın biraz donması üçün 15 dəqiqə soyuducuya qoyun.
Xəmiri mətbəx dəzgahına qoyub oxlovla aça bildiyiniz qədər böyük açın. İti bıçağın köməyi ilə xəmiri diaqonal şəkildə kəsib üçbucaqlı xəmir parçaları alın.12 ədəd üçbucaq xəmir alınır ( kruvasanların böyük olmasını istəsəniz 8 hissəyə bölə bilərsiz). Xəmiri enli hissəsinə şokolad ( istəyə görə hər hansı mürəbbə cemi ) qoyub , kənarıarını azca qatlayıb, uclarına doğru rulon şəklində bükün.
Digər 6 ədəd yağlanmış xəmiri eyni qaydada
hazırlayın.
Kruvasan şəklini aldınız. Xəmiri yağlı kağız qoyulmuş soba qabına aralıqlarla yerləşdirin.Fırça ilə kiçik bir qabda çırpdığınız yumurta sarısı ilə fırçalayın.
Kruvasanları son dəfə mayalanması üçün otaq temperaturunda gözlədin.
Mayalanması tamamlanan kruvasanları əvvəlcədən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə rəng alana qədər bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz