Azərbaycancaaz
Mir.az » Resept » Gürcüstan Milli Mətbəxindən : Penovani Xaçapuri Resepti

Gürcüstan Milli Mətbəxindən : Penovani Xaçapuri Resepti

740
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Gürcüstan Milli Mətbəxindən : Penovani Xaçapuri Resepti

Yemək Haqqında:

Gürcüstan mətbəxindən Xaçapuri resepti.
Xaçapuri Gürcüstan milli mətbəxinin yeməklərindəndir. Bu ləziz təam dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “Suluquni” və ya “İmereti “pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “mozarella” və “feta” pendir növlərindən də istifadə edilir. Xaçapurinin bir neçə növü var. Mir.az Penovani xaçapurinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

250 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:


    Qat-qat xəmir üçün:
  • 1 kq əla növ un
  • 180 qram zeytun yağı
  • 500 ml çox soyuq su
  • 3 ədəd iri yumurta
  • 1 xörək qaşığı duz
  • 1/2 çay qaşığı limon duzu

  • Xəmirin arasına qoymaq üçün:
  • 500 qram kərə yağı

  • İçlik üçün:
  • 800 qram imereti pendiri (və ya suluquni, parmesan, brınza)
  • 100 qram kərə yağı

  • Üzəri üçün:
  • 2 ədəd yumurta
  • Qara çörəkotu

Hazırlanma qaydası:

İlk öncə yumurtaları sarısından ayırın.
Xəmir yoğuracağınız qaba ayırdığınız yumurta sarısının üzərinə limon duzu və duz töküb tel çırpıcıyla qarışdırın.
Üzərinə zeytun yağı və soyuq su töküb qarışdırmağa davam edin. Unu da az-az əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri masaya vuraraq “döyün”. Yaxşıca yoğurduğunuz xəmirin üzərini mətbəx dəsmalıyla örtüb yarım saatlıq kənara qoyun.
Xəmiri 5 bərabər hissəyə bölüb kündələyin.
Birinci kündəni unlanmış dəzgahın üzərinə kiçik boşqab ölçüsündə oxlovla yayın. Daha sonra xəmirin orta hissəsinə otaq temperaturunda yumşadılmış kərə yağını qoyub xəmirin kənarlarını barmaqlarınızla yapışdırın. Daha sonra oxlovla yayın və 2-3 dəfə qatlayaraq sellofan paketə qoyub soyuducuya 30 dəqiqəlik yerləşdirin.
Bu qaydayla qalan kündələri də hazırlayın.
30 dəqiqə sonra kündəni soyuducudan götürüb yenə oxlovla yayıb,qatlayın. Sellofan paketə qoyub 40 dəqiqəlik soyuducuya yerləşdirin.
3-cü dəfə eyni qaydayla kündələri yayıb, qatlayıb 50 dəqiqəlik yerləşdirin.
4-cü dəfə 1 saatlıq soyuducuya yerləşdirin.
5-ci dəfə 70 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmir hazırdır.
Pendiri sürtgəcin iri gözündən keçirin. Soyuducuda saxladığınız xəmirin bir kündəsini unlanmış dəzgahın üzərində oxlovla 2 mm qalınlığında düzbucaqlı şəkildə yayın. Xəmirdən kvadratlar kəsin və içlikdən qoyun və pndirlərin üzərinə əridilmiş kərə yağı gəzdirin. Xəmirləri məktub formasında büküb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Üzərinə yumurta sarısı yaxıb ,çörəkotu səpib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz