Azərbaycancaaz
Mir.az » Resept » Margherita ( Marqarita ) Pizza Resepti

Margherita ( Marqarita ) Pizza Resepti

112
asan resept,asan yemək resept,sadə resept
815 calories, 8 grams fat
Margherita ( Marqarita ) Pizza Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Qəlyanaltı resepti.
Sizi bir dilim pizza ilə İtaliyaya göndərmək üçün buradayıq! Onun dadı bir neçə inqrediyentdə gizlidir, mozzarella pendiri Marqarita pizzasının olmazsa olmazıdır, amma evdə yoxdursa, narahat olmayın. Saçaqlı pendirlə də hazırlaya bilərsiniz. Pomidor, mozzarella pendiri, reyhan və zeytun yağının birləşməsi ilə dad bombasına çevrilən Marqarita pizzası Napoli pizzası kimi də tanınır. Adı fərqli olsa da, klassik pizza dedikdə ağıla ilk gələn pizzalardan biridir.

Hekayəsi qədim dövrlərə gedib çıxan bu pizza kraliçaya ithaf olaraq İtaliya bayrağının üç rəngini, reyhan-yaşıl, mozzarella-ağ və pomidor sousu-qırmızı rəngini simvolizə edən “Margherita” adlandırılıb. Süfrənizdə İtalyan təsirləri yaratmaq üçün mətbəxdə İtalyan üslubunda Margherita (marqarita) pizza hazırlamağa nə deyirsiz ?

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 2,5 stəkan un
  • 2,5 xörək qaşığı zeytun yağı
  • 1 stəkan ilıq su
  • 1/2 çay qaşığı quru maya
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı şəkər tozu

  • Sous üçün:
  • 4 ədəd pomidor
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı kəklikotu

  • Üzəri üçün:
  • 250 qram mozzarella pendiri
  • 4 ədəd təzə reyhan yarpaqları

Hazırlanma qaydası:

Kiçik bir qabda ilıq su,şəkər tozu və quru mayanı qarışdırıb 10 dəqiqə gözləyin.
Ələnmiş unu qaba töküb orta hissəni hovuz kimi açıb duzu, hazırladığınız maya qarışığını və zeytun yağını oraya tökün.Bütün inqrediyentləri ortadan xaricə doğru qarışdırıb yoğurmağa başlayın. Yoğrulmuş xəmirin üzərini streçlə bağlayıb otaq temperaturunda 30 dəqiqə gözləyin.
Pizzanın sousu üçün soyulmuş pomidorları sürtkəcdən keçirin. Zeytun yağını qızdırıb pomidorları 3-4 dəqiqə bişirin. Üzərinə kəklikotu əlavə edib soyuması üçün soyuducuya qoyun.
Mayalanmış xəmiri iki bərabər hissəyə bölüb hər birini əl ilə böyüdərək dairəvi formada açın.
Açılan xəmiri ayrı-ayrı soba qablarına qoyub kəklikotu qoxusu gələn pomidor sousunu çömçə ilə pizzanın ortasından başlayaraq kənarlarına doğru yayın.Kənarlarda barmaq qalınlığında bir qıraqlıq buraxmağı unutmayın.
(Pizza xəmirini əllərinizlə nazik şəkildə açımağa diqqət göstərin )
Pizzaların üzərinə sürtkəcdən keçirilmiş mozzarella pendirini bərabər şəkildə yayıb əvvəlcədən isidilmiş 250 dərəcə sobada pendir əriyənə və qızarana qədər- təxminən 15 dəqiqə bişirin.
Sobadan çıxan pizzaların üzərinə reyhan yarpaqları səpib,dilimləndikdən sonra soyumadan servis edin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz