Azərbaycancaaz
Mir.az » Resept » Novruz Şorqoğalı resepti: Bahar Bayramı üçün ən dadlı nemət

Novruz Şorqoğalı resepti: Bahar Bayramı üçün ən dadlı nemət

1 048
asan resept,asan yemək resept,sadə resept
1030 calories, 10 grams fat
Novruz Şorqoğalı resepti: Bahar Bayramı üçün ən dadlı nemət

Yemək Haqqında:

Azerbaycan mətbəxindən Şirniyyat resepti.
Şorqoğal Azərbaycan mətbəxinin ənənəvi dadlarından biridir. Şorqoğaladətən yazın gəlişini qeyd etmək üçün Novruz bayramında süfrələrə düzülür.

Novruz adətən martın 20 və ya 21-də qeyd olunan bahar bayramıdır. Bu bayram Mərkəzi Asiya və Qafqaz kimi bir çox regionlarda qeyd olunur. Azərbaycanda Novruz milli bayram sayılır və bu xüsusi gün üçün müxtəlif ayinlər, adət-ənənələr və yeməklər var.

Şorqoğal Azərbaycan mədəniyyətində mühüm yer tutur və Novruz bayramında ailələrin bir araya gəlməsi üçün xüsusi nemət hesab olunur. Bu dadlı-duzlu şirniyyat yazın gəlişini qeyd etmək üçün əla seçimdir və Azərbaycan mətbəxinə xas zəngin dad təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:


    Tərkibi:
  • 1 kq un
  • 2 ədəd yumurta
  • 2 stəkan ilıq süd
  • 1 çay qaşığı quru maya
  • 200 qram kərə yağı
  • 1 çay qaşığı sarıkök
  • 1 çay qaşığı duz

  • iç:
  • 2 stəkan un
  • 1 stəkan əridilmiş kərə yağı
  • 1/2 ç.q istiot
  • 2 ç.q razyana
  • 2 ç.q üyüdülmüş cirə
  • 1/2 ç.q sarıkök
  • 1 ç.q duz

  • Üstü üçün:
  • 1 ədəd yumurta sarısı
  • Xaş-xaş (qara çörək otu)

  • Yağlamaq üçün:
  • 450-500 qram kərə yağı

Hazırlanma qaydası:

Xəmirdən əvvəl stəkana mayanı töküb ilıq süddə qarışdırın. Kənarda 5-10 dəqiqə saxlayın ki, qalıb köpüklənsin. Daha sonra südü qızdırıb, içinə sarıkökü əlavə edin. Başqa bir qabda unun ortasın açıb içinə əridilmiş kərə yağını, əvvəlcədən hazırladığınız sarıköklü südü, mayanı, duzu əlavə edib, xəmiri yoğurun. Yumşaq xəmir alınacaq. Acıması üçün üzərini örtüb, isti bir yerdə 1 saat saxlayın.

İçi hazırlamağa başlayın. Belə ki ocaqda tavaya unu töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovurun. Soyuduqdan sonra üzərinə duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırın. Sonda isə üzərinə əridilmiş kərə yağını töküb, yaxşıca qarışdırın. İçlik hazırdır.
Acıyan xəmirdən kündələr düzəldib, nazik yuxalar yayın. Yuxaların hər layını oxlovla geniş açaraq yağlayıb, eni 4-5 sm olmaqla zolaqlara bölün. Hər bir zolağı rulet kimi fırladın. Əlinizlə içini oval formaya salıb, iki çay qaşığı içlik qoyub ağzını bükün. Daha sonra qoğalı yastılayın. Listə düzüb, üzərinə yumurta sarısı çəkib, xaş-xaş (qara çörək otu) səpin. Sobada qızaranadək bişirin.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz