Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrənizə Yaraşacaq Bir Ləzzət: Nar Sousunda Nərə Balığı

Yeni İl Süfrənizə Yaraşacaq Bir Ləzzət: Nar Sousunda Nərə Balığı

69
asan resept,asan yemək resept,sadə resept
815 calories, 8 grams fat
Yeni İl Süfrənizə Yaraşacaq Bir Ləzzət: Nar Sousunda Nərə Balığı

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Yeni il artıq qapıda. Hələ də nə bişirəcəyinizi bilmirinizsə , nar sousunda nərı balığı əla seçimdir. Nərə balığının özü artıq süfrəyə bayram əhvalını qatır. Zəhmli görünüşünə baxmayaraq, bu balıq olduqca zərifdir: içində praktiki olaraq tıx yoxdur, əti yumşaq və, demək olar ki, pəhrizlidir, ulduz şəkilli tikanlarını isə rahat çıxarmaq olar. Nar sousu bu resepti daha da ləzzətli edir. Sousa bir az narşərab və bir az da limon suyu əlavə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 ədəd nar
1/2 litr nar şərab
2 kq nərə balığı
1 dəstə keşniş
3 diş sarımsaq
duz

Hazırlanma qaydası:

Nərə balığını 1,5 sm enində parçalara doğrayıb duzlu su ilə böyük bir qazanda bişənə qədər qaynadın. Qaynadıqdan sonra 10-15 dəqiqə kifayət edir. (Həddindən artıq qaynatmaq lazım deyil, çünki bu halda balıq parçalanmağa başlayacaq və yemək nəticədə görünüşünü itirəcək).
Bir qabda keşnişi sarımsaq və duz ilə yaxşıca əzin. Qarışığı digər qabda nar suyu ilə qarışdırın.
Nərə balığının tikələrini qazandan götürüb boşqaba qoyub üzərinə nar sousunu tökün.
Üzərinə nar dənələri və keşniş səpib süfrəyə verə bilərsiz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz