Azərbaycancaaz
Mir.az » Resept » Dadından Doymaq Olmaz : Tərəvəzli Skumbriya Balığı Resepti

Dadından Doymaq Olmaz : Tərəvəzli Skumbriya Balığı Resepti

282
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Dadından Doymaq Olmaz : Tərəvəzli Skumbriya Balığı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Skumbriya olduqca orijinal bir dad və qoxusu olan bir balıqdır. Bu balıqdan nahar və ya şam yeməyi üçün, hətta bayram süfrəsi üçün dadlı və doyurucu yemək hazırlaya bilərsiniz. Mor.az tərəvəzli skumbriya balığının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

500 qr skumbriya balığı
1 ədəd soğan
1 ədəd yerkökü
1 ədəd bolqar bibəri
1 xörək qaşığı tomat
250 ml su
1-2 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Göyərti ( zövqə görə )

Hazırlanma qaydası:

Skumbriya balığının başını, quyruğunu və üzgəclərini kəsib içini təmizləyin. Balığı yaxşıca yuyub ,kağız dəsmalla suyunu qurudun və təxminən 3 sm enində doğrayın.
Soğanı 4 hissəyə bölüb nazik doğrayın.
Tavaya az miqdarda yağ töküb ocağa qoyun və soğanı bir neçə dəqiqə qızardın.
Yerkökünü kiçik kub formasında doğrayıb qızardılmış soğana əlavə edib qarışdırın və qovurmağa davam edin.
Bibəri zolaq formasında doğrayıb yerkökü və soğana əlavə edin və tərəvəzlər yumşaq olana qədər daha 5 dəqiqə bişirin. Orta ocaqda vaxtaşırı bir spatula ilə və ya taxta qaşıqla qarışdırın.
Daha sonra tərəvəzlərə tomat pastası və ədviyyat əlavə edib istiliyi azaldın. Sousu bir neçə dəqiqə qaynadın ki, tərəvəzlər tomatla qarışsın.
Skumbriya dilimlərini tavaya tərəvəzlərin üzərinə düzüb 5 dəqiqə bişirin. Daha sonra hər bir balıq tikəsini digər tərəfə çevirin ki, balıq bərabər bişsin. Minimum istilikdə daha 7-10 dəqiqə (daha çox deyil) bişirin. Bişdikdən sonra tavanın qapağını örtün ki, tərəvəz və tomatın dadını və iyini tam özünə çəksin.
Hazır olduqdan sonra tərəvəzli skumbriyanı boşqaba çəkib ,üzərinə göyərti səpib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz