Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Kartoflu : Kartoflu Gürzə Resepti

Bu Dəfə Kartoflu : Kartoflu Gürzə Resepti

257
asan resept,asan yemək resept,sadə resept
315 calories, 3 grams fat
Bu Dəfə Kartoflu : Kartoflu Gürzə Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Xəngəl resepti.
Bir çox növü olan milli mətbəximizin ən dadlı xəmir xörəklərindən olan xəngəli kartoflu içliklə hazırlayaraq süfrəyə verə bilərsiniz. Mir.az sümbülvari bükülən kartof xəngəlinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

60 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:


    Xəmiri üçün:
  • 3,5 stəkan un
  • 1 stəkan su
  • 1 çay qaşığı duz

  • İçlik üçün:
  • 0,5 kq kartof
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı kərə yağı
  • 3-4 budaq cəfəri, şüyüd
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot,
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1/2 çay qaşığı sarıkök

  • Xamalı sous üçün:
  • 5-6 xörək qaşığı xama və ya qatıq
  • 1/3 çay qaşığı duz
  • 1/3 dəatə şüyüd
  • 1 diş sarımsaq

  • Tomatlı sous üçün:
  • 3-4 xörək qaşığı tomat pastası
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot,
  • 1/2 çay qaşığı qırmızı istiot
  • 1 diş sarımsaq
  • 1/3 dəatə budaq şüyüd
  • 1 xörək qaşığı duru yağı
  • 1/2 stəkan ilıq su

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün 1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə edib qarışdırın.
Xəmir yoğuracağınızı qaba un və duzlu suyu töküb qarışdırın və bərk xəmir yoğurun.
Xəmiri 2 hissəyə bölüb kündələyin və streç sellofana büküb yarım saatlıq soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün yarım kq qabığı soyulmuş kartofu kiçik kub şəklində doğrayın və üzərinə isti su töküb bişməyə qoyun. (Bişən kartofun suyuna zövqə görə duz əlavə edə bilərsiniz. )
Soğanı xırda kub şəklində doğrayıb yağda qovurun.
Bişmiş kartofların suyunu süzüb püre halına gələnədək əzin.
Bir qaba kartof püresi, qovrulmuş soğan, duz, istiot, sarıkök, qırmızı bibər tozu, xırda doğranmış cəfəri və şüyüd əlavə edib yaxşıca qarışdırın.
Dəzgahın üzərinə azca un səpib kündəni oxlovla yayın. Daha sonra yaydığınız xəmirdən dairələr kəsin və dairələrə içlikdən bol-bol qoyub sünbül şəklində bükün.
Bükdüyünüz gürzələri qaynayan duzlu suya töküb bişirin.( Gürzələr suyun üzərinə qalxdıqda deməli hazırdır. )Kəfgirlə gürzələri sudan çıxarıb boşqaba qoyun. Eyni qaydayla digər kündəni də yayıb içliklə doldurun və büküb bişirin.
Xamalı sousu hazırlamaq üçün şüyüd və cəfərini xırda doğrayıb xama və ya qatığa əlavə edin. Üzərinə sürtgəcdən keçilmiş sarımsağı və duzu da əlavə edib qarışdırın.
Tomatlı sousu üçün bir qaba tomat pastası, duz, istiot, qırmızı bibər tozu, sürtgəcdən keçilmiş sarımsaq, xırda doğranmış şüyüd və 1 xörək qaşığı duru yağ əlavə edib qarışdırın. Üzərinə yarım stəkan ilıq su töküb duru sous hazırlayın.
Bişən gürzələri süfrəyə verdikdə üzərinə əridilmiş kərə yağı gəzdirib sosulara batıraraq yeyə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz