Azərbaycanın Ən Bahalı Salatı : Xəzər Salatı Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Salat resepti.
Azərbaycan mətbəxinin hər hansı bir yeməyi kulinariya şedevridir. Şah əsərlərdən biri də “Xəzər” mənasını verən Xəzər salatıdır. Bildiyiniz kimi Xəzər dənizi nərə balığı və kürü ilə məşhurdur. Bu səbəblə bu salat ən bahalı salatlardan biri sayılır. Mir.az Azərbaycanın ən bahalı xəzər salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
3 ədəd kartof3 ədəd təzə xiyar
Bir neçə budaq tərxun
2 xörək qaşığı xama
Mayonez
zövqə görə duz, istiot
Üzəri üçün:
5-6 porsionluq nərə balığı dilimi
Az duzlu nazik losos balığı dilimi
Bir neçə budaq tərxun
Qırmızı və ya qara dənəvər kürü
Kahı yarpağı
1 ədəd limon
1 ədəd xiyar
Hazırlanma qaydası:
Bir neçə dilim nərə balığını qazana qoyub üzərinə soyuq su töküb zəif ocaqda bişirin. Üzərinə yığılan kəfi yığaraq duz və dənə istiot əlavə edib zəif ocaqda 20 dəqiqə bişirib süzün.
Kartofu bişirib ,qabığını soyub kub şəklində doğrayın. Xiyarı da kub formasında doğrayıb bir qabda üzərinə tərxun yarpaqları duz, istiot,xama və mayonez əlavə edib qarışdırın. Salatı düzəcəyiniz boşqaba kahı yarpaqları yerləşdirin. Kahının üzərinə salatı əlavə edin. Üzərinə bişmiş, soyumuş nərə balığı filesini düzün. Nazik losos balığı dilimini rulet və ya buket şəklində büküb salatın kənarlarına qoyun. Hər rulet şəklində bükülmüş balıqların orta hissəsinə kürüləri səpin. Salatı limon və xiyar dilimləri, tərxun budaqları ilə bəzəyib servis edin.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz