Salatların Ən Doyumculu : Ton Balığı Salatı
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Tərkibində maqnezium, omeqa 3 və protein olan ləzzətli bir salat.Makarondan tutmuş pizzaya qədər hər şeylə yaxşı gedən salat dedikdə ağıla gələn ton balığı salatıdır.
Evə yorğun qayıtdığınız zaman axşam yeməyiniz üçün xilasedici həllərdən biridir. İstəyirsinizsə,doyurucu bir nahara da çevrilə bilər.
Hazırlanması çox asandır. Göyərtilər doğranılır,istədiyiniz inqrediyentlər və ton balığı ilə qarışdırılır. Və nəticədə dadlı və doyurucu salata çevrilir.
İstəsəniz qarabaşaq, qarğıdalı, noxud kimi inqrediyentlər də əlavə edərək hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
0 dəqiqəTərkibi:
1/2 dəstə kahı1 dəstə göy soğan
1 dəstə şüyüd (və ya cəfəri)
4-5 ədəd xırda pomidorlar
1 ədəd xiyar
1 ədəd qırmızı bibər
2 ədəd konservləşdirilmiş ton balığı
Sous üçün:
1/2 ədəd limonun suyu
2 xörək qaşığı alma sirkəsi
4 xörək qaşığı zeytun yağı
1 çay qaşığı xardal (istəyə görə)
1 çimdik duz
1 çimdik qara istiot
Hazırlanma qaydası:
Tərəvəzləri yuyub , suyunu süzülməyə qoyun. Soğanları incə ,kahını , şüyüdü böyük, bibəri və xiyarı nazik halqa şəklində doğrayın.Pomidorları isə 4 hissəyə bölün.
Kiçik bir qabda sous üçün bütün inqrediyentləri çəngəllə çırparaq yaxşıca qarışdırın.
Tərəvəzləri böyük bir qaba qoyub üzərinə hazırladığınız sousu tökün.Taxta qaşıqla yavaş qarışdırın ki, sous bərabər paylansın.
Servis qabına qoyduğunuz salatın üstünə yağını süzdüyünüz ton balığını xırda-xırda doğrayaraq qoyun. Üzərinə duz və istədiyiniz ədviyyatlardan səpib servis edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz