Azərbaycancaaz
Mir.az » Resept » Onu Sevməyən Yoxdur: Ton Balıqlı Makaron Resepti

Onu Sevməyən Yoxdur: Ton Balıqlı Makaron Resepti

66
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Onu Sevməyən Yoxdur: Ton Balıqlı Makaron Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bilirsiniz ki, makaron demək olar ki, hər kəs tərəfindən sevilir.
Bəs balıq? Mir.az balıq sevməyən uşaqlar və böyüklər üçün hazırlanan dadlı, asan souslu, ton balıqlı makaron reseptini təqdim edir!

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 1 paket kəpənək makaron
  • 200 qram konservləşdirilmiş ton balığı
  • 2 xörək qaşığı zeytun yağı
  • 6 ədəd xırda pomidor
  • 1 diş sarımsaq
  • 1 stəkan qaynadılmış qarğıdalı
  • 1 stəkan qara zeytun
  • 1/4 dəstə reyhan
  • 1 çay qaşığı kapari turşusu
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Makaronu təxminən 8-10 dəqiqə qaynar suda bişirin.
(Sousda istifadə etmək üçün 1 çay stəkan qaynar sudan götürün.)
Bişdikdən sonra makaronu süzüb kənara qoyun.(Soyuq su ilə yaxalamayın)
Ton balıqlı makaron sousu üçün sarımsağı sürtgəcdən keçirin.
Kapari və reyhanları incə doğrayın.
Xırda pomidorları yarıya bölün.
Zeytun yağını qızdırıb pomidoru və sarımsağı 2 dəqiqə qızardın.
Üzərinə süzdüyünüz ton balığınə əlavə edin və pomidorlar suyunu çəkənə qədər sousu bişirin.
Sonra sıra ilə qarğıdalı, qara zeytun, doğranmış reyhan və kapari, duz,istiot və ayırdığınız 1 stəkan qaynar suyu əlavə edin və sousu qaynayana qədər bişirin.
Hazır olan sousu qazandakı makarona əlavə edib qarışdırın və gözləmədən isti halda servis edin.
(İstəyinizə görə ton balıqlı makaronu əvvəlcədən isidilmiş 200 dərəcə sobada üzərinə holland pendiri əlavə edib 10 dəqiqə bişirərək də servis edə bilərsiniz.)


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz