Yüngül və Doyurucu :Toyuq Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Gəlin bir qabda toyuq və yaşıl salatı bir araya gətirək və möhtəşəm dad təqdim edək. Toyuq salatı zülal mənbəyidir, yüngül və dadlıdır. Bu resepti sınamaq üçün sizi mətbəxə dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
16 dəqiqəTərkibi:
250 qram toyuq filesi1 xörək qaşığı nar şərab
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1/2 ədəd limon
1 çay qaşığı küncüt
2-3 ədəd vəzəri
2-3 ədəd cəfəri
2-3 ədəd nanə
2-3 ədəd şüyüd
1/4 ədəd kahı
2 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
1/2 ədəd qırmızı bibər
Hazırlanma qaydası:
Əvvəlcə sous üçün kiçik bir qaba zeytun yağı töküb üzərinə nar şərab və yarım limonu sıxıb duz və küncüt əlavə edib qarışdırın.
Tavanı ocağın üstünə qoyub 2 dəqiqə isidin.
250 qram toyuq filesini eninə orta qalınlıqda kəsib 1 çay qaşığı duzla yaxşıca ovuşdurun.
Toyuqları qızdırılan tavaya qoyub orta odda bişirin.
Toyuqlar bişərkən salatın göyərtisini doğramağa başlayın.
Əvvəlcə kahını iri-iri doğrayıb salat qabına qoyun.
Sonra cəfəri və vəzərini də iri-iri doğrayıb salat qabına əlavə edib üzərinə 2 xörək qaşığı qarğıdalı səpib salatı yaxşıca qarışdırın.
Toyuq ətini vaxtaşırı çevirərək yenidən 10 dəqiqə bişirin. (Toyuqları cəmi 16 dəqiqə bişirin)
Salata sousdan 2 xörək qaşığı əlavə edib yaxşıca qarışdırın.
Qırmızı bibəri nazik və uzun julyenne doğrayın. Bişmiş toyuq ətini incə dilimlərə kəsib salat qabına göyərtilərin üzərinə əlavə edib ortasına şüyüd qoyun.
Aralıqlarla hazırladığınız qırmızı bibəri qoyun.
Salat boşqabınızın daha gözəl görünməsi üçün kənarlarını nanə yarpaqlarını ilə bəzəyin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz