Azərbaycancaaz
Mir.az » Resept » Sadəcə 4 Ərzaqla : Kartof Tostu Resepti

Sadəcə 4 Ərzaqla : Kartof Tostu Resepti

25
asan resept,asan yemək resept,sadə resept
212 calories, 2 grams fat
Sadəcə 4 Ərzaqla : Kartof Tostu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Səhər yeməyi resepti.
Hər kəs bir neçə inqrediyentlə möhtəşəm yeməklər hazırlamağı sevir. Bu onlardan biridir. Əslində görünüşü və adı ilə çörəyin ortasına kartof qoyub tost hazırlanır kimi səslənir, amma əslində bu tost yalnız kartofla hazırlanır. Tərkibləri bir yerdə saxlamaq üçün yumurta vacibdir. Holland pendiri də tostlara gözəl dad qatır. Beləliklə, 4 inqrediyentdən ibarət əla resept əldə edilir. Kartof tostunu səhər yeməyində, həm də televizor və ya kompüter qarşısında qəlyanaltı kimi istifadə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

12 dəqiqə

Tərkibi:

  • 3 ədəd kartof
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 3 xörək qaşığı duru yağ
  • 1 stəkan sürtkəcdən keçilmiş holland pendiri

Hazırlanma qaydası:

Sürtkəcdən keçilmiş və suyu sıxılmış kartofu qaba
qoyub üzərinə yumurta, duz, istiot, yağ və sürtgəcdən keçirilmiş holland pendirini əlavə edib yaxşıca qarışdırın.
Tosterinizi yaxşıca qızdırın.
Yağlı kağızı tosterə uyğun qatlayıb üstünə hazırladığınız qarışımı tökün.
Kartof tostunu yaxşı qızdırılan tosterdə üzəri qızılı rəng alana qədər bişirin. Vaxtaşırı yoxlamağı unutmayın.
Bişib qızardıqdan sonra servis edə bilərsiz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz