Azərbaycancaaz
Mir.az » Resept » Günün İstənilən Saatında: Qovurmalı Tost Resepti

Günün İstənilən Saatında: Qovurmalı Tost Resepti

39
asan resept,asan yemək resept,sadə resept
25 calories, 2 grams fat
Günün İstənilən Saatında: Qovurmalı Tost Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Tost resepti.
Qovurmanı sevirik. Qurban bayramının vazkeçilməz hissəsi olan qovurmanı hər günə, hər anımıza sığdırmaq istəyirik.Fikrimizcə, ləzzətli qoyun, quzu və dana ətinin az odda öz piyi və bir az da kərə yağı ilə ləzzətini zirvələrə daşıdığı qovurma ətin ən dadlı formasıdır.
Mir.az qovurmalı tost reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

4 dilim tost çörəyi
1/2 çay qaşığı kərə yağı
4 dilim holland pendiri
100 qram qovurma
4 ədəd xiyar turşusu

Hazırlanma qaydası:

Qovurmanı incə-incə dilimləyin.
Xiyar turşusunu uzununa kəsin.
Tost çörəklərinin içərisinə nazik bir təbəqə kərə yağı çəkin və qovurmanı iki dilim tost üzərinə ( ayrı-arılıqda ) bərabər paylayıb xiyar turşusunu üzərinə düzün.
Ardı ilə holland pendiri qoyub tostları digər çörək dilimi ilə örtün.
Çörək dilimlərinin üzərinə bir az kərə yağı sürtüb tosterin qapağını bağlayın və pendir əriyənə qədər bişirin. (İstədiyiniz pendir növünü və pomidor dilimləri əlavə edə bilərsiniz).
Bişdikdən sonra dilimləyib servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz