Azərbaycancaaz
Mir.az » Resept » Yunan Əfsanələrindən Gələn Dad: Spanakopita Resepti

Yunan Əfsanələrindən Gələn Dad: Spanakopita Resepti

1 344
asan resept,asan yemək resept,sadə resept
635 calories, 6 grams fat
Yunan Əfsanələrindən Gələn Dad: Spanakopita Resepti

Yemək Haqqında:

Yunanıstan mətbəxindən Börək resepti.
Yunanıstan mətbəxi bəlkə də Türkiyə mətbəxinə ən çox oxşayan bir mətbəxdir. Hər iki ölkə zövqləri ilə ,xəmirə və zeytun yağına olan həvəsləri ilə kəsişmə nöqtələri çoxdur. Bu resept əslində ona bir nümunədir. Yunan mətbəxində tez-tez hazırlanan Spanakopita əslində xəmirə bənzər tortdur. Əvvəlcə pita deyilən yağlı xəmirdən əllə açılan xəmir hazırlanır.Sonra içərisi üçün soğan, pendir və yumurtalı içlik hazırlanır.Fərq elə buradan başlayır.

Xəmiri bir-bir doldurmaq əvəzinə ortasına bütün içlik tökülür və sobada bişməyə qoyulur. Amma hazır xəmirdən da hazırlana bilər. Necə ki, bu dəfə mir.az saytında sizin üçün təqdim olunub. Hazırlayıb çox bəyənəcəksiniz. Bu dəfə Yunan mətbəxinin ən sevilən və ən qədim reseptlərindən birinə ev sahibliyi edirik.

* Bu resept əslində əllə hazırlanmış xəmirdən hazırlanmış reseptdir. Vaxtınız varsa mayasız yumşaq xəmir yoğurun, kündələr edin və azca un səpilmiş piştaxtada nazik şəkildə yayıb resepti tam olaraq tətbiq edin. İçliyin ilıq olduğundan əmin olun. Əks halda, yumurtalar içərisində bişəcək və sulanacaq.
Bu resepti kvadrat və ya şüşə qabda da bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 12 ədəd yağlı yuxa

  • İçlik üçün:
  • 2 ədəd yumurta
  • 2 dəstə ispanaq (yuyulub təmizlənmiş)
  • 2 ədəd orta ölçü soğan
  • 5 diş sarımsaq
  • 2 ədəd ətotu
  • 3 xörək qaşığı zeytun yağı
  • 5 xörək qaşığı ərimiş yağ
  • 100 qram kəsmik
  • 200 qram ağ pendir
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz

  • Qatların arasında yağlamaq üçün:
  • 70 qram ərimiş yağ

  • Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

Soğanları soyub xırda doğrayın.
Sarımsağı sürtkəcdən keçirin.
Tavaya zeytun yağı töküb soğan və sarımsağı əlavə edib qovurun.
Sonra doğranmış ispanağı içinə əlavə edib yaxşıca qovurun. Qovurduqdan sonra ocaqdan götürüb otaq temperaturunda soyumağa qoyun.
Ayrı bir qabda ərinmiş yağ, yumurta, kəsmik, ağ pendir, duz və istiotu yaxşıca qarışdırın.
Dəyirmi kələpçəli qabıyağlayın.Xəmirdən birini yayın və fırçanın köməyi ilə kərə yağı çəkin. Bütün xəmirlər bitənə qədər bu prosesi davam etdirin. Kənarlarında qalan xəmir parçalarını kəsin.
Hazırladığınız içliyi xəmirin ortasına əlavə edib xəmiri kiçik üçbucaqlara kəsin.Üzərinə yumurta sarısı çəkib əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20 dəqiqə bişirin.
Çıxarıb dilimləyib servis edin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz