Azərbaycancaaz
Mir.az » Resept » 5 Dəqiqədə Hazır: Tavada Yumurtalı Tost Resepti

5 Dəqiqədə Hazır: Tavada Yumurtalı Tost Resepti

40
asan resept,asan yemək resept,sadə resept
310 calories, 3 grams fat
5 Dəqiqədə Hazır: Tavada Yumurtalı Tost Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Yaxşı tost hazırlamaq üçün tosterə ehtiyacınız yoxdur. Tavada dadlı tostlar da hazırlaya bilərsiniz. Yumurtaya batırıb qızartdığınız bu tostlar çox dadlıdır. Səhər yeməyində tez qəlyanaltı istəsəniz, bu resept dərhal köməyinizə çatacaq. İstəyirsinizsə, müxtəlif pendirlər də əlavə edə bilərsiniz.
Mir.az tavada tost reseptini sınamaq üçün sizi mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

6 ədəd tost çörəyi
6 dilim tost pendiri
2 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaşığı kərə yağı

Hazırlanma qaydası:

Çörəyin kənarlarını incə bir şəkildə kəsin və üzərinə iki dilim tost pendiri qoyub digər çörək dilimi ilə örtün.
Yumurtalara duz əlavə edib yaxşı qarışdırın. Hazırladığınız çörəyin hər tərəfini omletə batırın.
Hazırladığınız tostları az miqdarda kərə yağı əritdiyiniz tavaya qoyub orta istilikdə hər tərəfi qızarana qədər bişirin.
Bişdikdən sonra yumurtalı tostlar servisə hazırdır.

NUŞ OLSUN😋

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz