Azərbaycancaaz
Mir.az » Resept » Möcüzəvi Ləzzət : Kartoflu Lazanya Resepti

Möcüzəvi Ləzzət : Kartoflu Lazanya Resepti

146
asan resept,asan yemək resept,sadə resept
1035 calories, 10 grams fat
Möcüzəvi Ləzzət : Kartoflu Lazanya Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Yemək resepti.
İtalyan mətbəxinin əfsanəvi lazanyasına tam fərqli bir əlavə edərək möcüzəvi bir ləzzət ortaya çıxara bilərsiniz. Xüsusilə bu ecazkar yemək bişdikdə sobadan yüksələn o dadlı qoxu … Bunu izah edə bilmərik, dərhal gedib bişirməlisiniz. Mir.az kartoflu lazanya yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 10 ədəd kiçik kartof
  • 150-200 qr qiymə
  • 1 ədəd soğan
  • 1 ədəd yaşıl bibər
  • 1 ədəd qırmızı bibər
  • 2 diş sarımsaq
  • 1 dolu çay qaşığı tomat
  • 1 stəkan pomidor püresi və ya 2 ədəd sürtgəcdən keçilmiş pomidor
  • 1/2 stəkan isti su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı qırmızı bibər tozu

  • Beşamel sousu üçün:
  • 1,5 xörək qaşığı kərə yağı
  • 450 ml soyuq süd
  • 2 xörək qaşığı un
  • duz, istiot və muskat qozunun rəndəsi

  • Üzəri üçün:
  • holland pendiri
  • Hazırlanma qayda

Hazırlanma qaydası:

Əvvəlcə kartofun qabığını soyun və bıçaqla və ya sürtgəcin dilim hissəsində çox nazik dilimləyin(kartofu çox nazik doğramağınız vacibdir!). Daha sonra kartofları soyuq duzlu suda 10-15 dəqiqə saxlayın.
Soğan, bibər və sarımsağı kiçik kub formasında doğrayın.
Tavaya zeytun yağı töküb soğanı 1 dədiqə qovurun. Üzərinə bibər və sarımsağı da əlavə edib qovurmağa davam edin. Daha sonra tavaya qiyməni də əlavə edib rəngi dəyişənə qədər bişirin. Qiymə bişdikdə tomat pastasi əlavə edib 1 dəqiqə qovurun. Ardı ilə pomidor püresi, duz, su və ədviyyatları əlavə edib qarışdırın və 5-6 dəqiqə zəif ocaqda bişirin.
Beşamel sousunu hazırlamaq üçün tavada kərə yağını əridin. Üzərinə un əlavə edib unun qoxusu çıxana qədər qovurun. Daha sonra üzərinə süd də əlavə edib dayanmadan qatılaşanadək qarışdırın. Qaynamağa başlayan sousa duz, ədviyyat əlavə edib ocaqdan götürün.
Kartofların suyunu süzün. Təmiz bir mətbəx dəsmalıyla tamamilə qurulayın. Daha sonra kartofların üzərinə duz, bitki yağı və istiot əlavə edib qarışdırın. Odadavamlı şüşə qaba nazik kartof dilimlərini boşluq qalmayacaq şəkildə düzün. Bu şəkildə 3 qat kartof düzün. Ardından beşamel sousunu hər tərəfinə yayın. Üzərindən qiyməli içliyi tökün. Qiymənin üzərindən yenidən 3 qat kartof dilimi düzün. Ən sonda qalan beşamel sousunu da üzərinə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Bişən yeməyi sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Yenidən sobaya yerləşdirib üzəri qızarana qədər bişirin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz