Azərbaycancaaz
Mir.az » Resept » Sevilən Təamlardan : Evdə Hazırlanan Corat Qutabı Resepti

Sevilən Təamlardan : Evdə Hazırlanan Corat Qutabı Resepti

541
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Sevilən Təamlardan : Evdə Hazırlanan Corat Qutabı Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Qutab resepti.
Azərbaycan mətbəxinin ən çox sevilən təamlarından biri də Qutabdır. “Corat qutabı” Bakı ilə Sumqayıt arasında dəniz sahilində yerləşən Corat qəsəbəsinin ən məşhur yeməklərindəndir. Dəvə ətiylə doldurulmuş aypara şəklində olan qutabı yemək üçün insanlar xüsusi olaraq Xəzər dənizinin sahilində yerləşən Corat kəndinə səfər edirlər. Hər kəsin sevimlisi olan bu qutabı ev şəraitində hazırlayıb unudulmaz dadından zövq ala bilərsiniz. Mir.az corat qutabının 3 içliklə hazırlanan reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

833 qram un
300 qram su
17 qram duz

Ətli içlik üçün:
200 qram yumşaq mal əti
400 qram qoyun əti (kürək hissəsi)
150 qram qoyun piyi
250 qram soğan
1 qram zirinc
5 qram duz
2 qram istiot

Pendirli içlik üçün:
250 qram çanaq pendiri
100 qram kəsmik

Göyərtili içlik üçün:
250 qram ispanaq
165 qramturşəng
165 qram göy soğan
200 qram keşniş
200 qram şüyüd
5 qraç kərə yağı
10 qram duz

Hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün bir qabda un, su və duzu qarışdırıb xəmir yoğurun. Xəmirin üzərini örtüb yarım saatlıq kənara qoyun. Daha sonra xəmirdən hər biri 20 qr olan kündələr hazırlayın.

Ətli içliyi hazırlamaq üçün mal əti, qoyun əti və qoyun piyini doğrayıb ətçəkən maşından keçirin. Soğanı da ayrıca çəkib qiyməyə əlavə edin. Qiyməyə duz və istiot əlavə edib qarışdırın.
Kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə qiymədən yayın və zirinci də isti suda isladıb qiymənin üzərinə səpin. Qutabın kənarlarını büküb soba qabına yerləşdirin (qutabları soba qabına yağ əlavə etmədən bişirin). Qutabların üzərini az suyla isladın və vvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.

Pendirli içliyi hazırlamaq üçün çanaq pendirini sürtgəcdən keçirin. Kəsmiyi isə ələkdən keçirib sürtgəcdən keçirilmiş pendirlə qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə pendirli içlikdən yayın. Qutabın kənarlarını büküb soba qabına yerləşdirin (qutabları soba qabına yağ əlavə etmədən bişirin). Qutabların üzərini az suyla isladın və əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.

Göyərtili içliyi hazırlamaq üçün göyərtiləri yaxşıca yuyub süzün. Suyu çəkilmiş göyərtiləri xırda doğrayıb duz səpib qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə göyərtili içliyi yayıb bir dilim kərə yağı qoyun. Qutabın kənarlarını büküb soba qabına yerləşdirin (qutabları soba qabına yağ əlavə etmədən bişirin).Qutabların üzərini az suyla isladın və əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.
Zövqə görə üzərinə nar dənələri səpib servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz