Yeni İldə Süfrələrinizə Yaraşacaq : Şaxta Baba Papağı Salatı Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Salat resepti.
“Şaxta baba papağı” salatı Yeni il menyusu üçün əla seçimdir. Mir.az saytı görünüşüylə ən uşaqları sevindirəcək salatın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
35 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 ədəd kartof4 ədəd duzlu xiyar
5 ədəd yumurta
250 qram toyuq filesi
2 ədəd qırmızı bibər
1/2 ədəd soğan
100 qram mayonez
zövqə görə duz , istiot
Hazırlanma qaydası:
Əvvəlcə kartofu,yumurtanı və toyuq filəsini bişirin ( toyuq filesi bişərkən içinə duz əlavə edin ).
Qırmızı bibəri alüminium folqaya büküb sobada yarım saat bişirin. Daha sonra folqanı çıxarıb isti bibəri qazançaya qoyub 10 dəqiqə qapağı bağlı şəkildə saxlayın. Sonra bibərin üzərindəki nazik qabığını ehtiyyatla soyub zolaq formasında doğrayın.
Xiyarı, toyuq filesini ,bişib-soyuyan kartofun və 2 ədəd yumurtanın qabığını soyub kub formasında doğrayın( yumurtanın yarısını salatı bəzəmək üçün sürkəcdən keçirin, 1ni isə bütöv saxlayın ).Soğanın yarısını nazik doğrayın. Bütün doğranmış inqrediyentləri birləşdirib üzərinə duz və mayonez töküb qarışdırın. Hazırladığınız salatı bir boşqaba hündür yarımkürə formasında qoyub hər tərəfini bibər zolaqları ilə dairəvi formada örtün.
Kənara ayırdığınız bişmiş yumurtanın ağını sarısından ayırın. Bir yumurta sarısına bir az mayonez əlavə edib qarışdırıb top forması verin. Topu yumurta ağına bulayıb salatın orta hissəsinə yerləşdirin. Salatın dairəvi kənarlarını isə sürtkəcdən keçirilmiş yumurta ağı ilə bəzəyib servis edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz