Meyvələrdən Yeni İl Ağacı Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Meyvə salatı resepti.
Yeni il böyüklərin və uşaqların gözlədiyi bir bayramdır. Yeni il ağacı formasında bir meyvə salatı hazırlayıb bayram menyusuna daxil edə bilərsiniz. Bu salat həm süfrənizi bəzəyəcək, həm də uşaqlarınızı sevindirəcək. Mir.az yeni il ağacı formalı meyvə salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
350 qram banan200 qram naringi (mandarin)
350 qram kivi
170 qram yoqurt
10 qram təbii bal
10 qram küncüt
Bəzəmək üçün:
Nanə yarpağı
Hazırlanma qaydası:
Bananın qabığını soyub dilimləyin. Bananın bir dilimini kənara ayırın.
Naringinin qabığını soyub dilimlərə ayırın.
Bir qabda yoqurt və balı qarışdırın.
Orta ölçülü boşqaba banan və naringi dilimlərini sırayla üst-üstə düzərək piramida formasını verin.Yoqurt qarışığını piramida forması verdiyiniz meyvələrin hər tərəfinə yaxın.
Kivinin qabığını soyub nazik halqalar şəklində dilimləyin. Hazırladığınız yeni il ağacının üstündən kiviləri düzün.
Kənara ayırdığınız banan dilimini ulduz formasında kəsin və küncütə bulayıb diş çöpünə batırın. Yeni il ağacının ən üst hissəsinə ulduzu yerləşdirin.
Yeni il ağacına küncüt səpib nanə yarpaqlarıyla bəzəyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz