Azərbaycancaaz
Mir.az » Resept » Kəsmikli, Küncütlü: Badımcan Rulonları Qəlyanaltı Resepti

Kəsmikli, Küncütlü: Badımcan Rulonları Qəlyanaltı Resepti

107
asan resept,asan yemək resept,sadə resept
315 calories, 3 grams fat
Kəsmikli, Küncütlü: Badımcan Rulonları Qəlyanaltı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Kəsmikli badımcan rulonları özəl günlər üçün çox dadlı qəlyanaltıdır. Çox sadə və evdə olan məhsullardan hazırlanır.Qarşıdan Yeni il gəlir və sizdə sevdikləriniz və doğmalarınız üçün badımcan rulonlarını hazırlayıb süfrənizi bəzəyin.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

2 ədəd badımcan
200 qr kəsmik
50 qr qoz ləpəsi
60 qr küncüt
2 ədəd pomidor
3 diş sarımsaq
2 xörək qaşığı günəbaxan yağı
1 çay qaşığı duz
Zövqə görə göyərti

Hazırlanma qaydası:

lk öncə badımcanları nazik dilimləyin və yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərini yağlayıb duz səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
İçliyi hazırlamaq üçün mətbəx robotunda kəsmik, qoz ləpəsi, göyərti və sarımsağı əzin. Üzərinə duz səpib qarışdırın.
Küncütü tavada qızılı rəng alanadək qovurun. Pomidorları yarım halqa şəklində dilimləyin.
Sobada bişirdiyiniz badımcanın bir diliminin üzərinə kəsmikli içlik yaxın və pomidor dilimi yerləşdirin. Rulet şəklində büküb küncütə bulayın. Bu qaydayla badımcanları içliklə doldurub küncütə bulayın. Hazırladığınız ruletləri yarım saatlıq soyuducuya yerləşdirin.
Dadlı qəlyanlatını göyərti və nar dənəsiylə bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz