Azərbaycancaaz
Mir.az » Resept » Tam Fərqli : Tavada 15 Dəqiqəyə Xaçapuri Resepti

Tam Fərqli : Tavada 15 Dəqiqəyə Xaçapuri Resepti

506
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Tam Fərqli : Tavada 15 Dəqiqəyə Xaçapuri Resepti

Yemək Haqqında:

Gürcüstan mətbəxindən Qəlyanaltı resepti.
Xəmir yoğurmadan, cəmi 15 dəqiqəyə asan və ləzzətli xaçapuri hazırlaya bilərsiniz. Mir.az tavada xaçapuri reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 1 stəkan un (200 ml)
  • 1 stəkan süd (200 ml)
  • 1 ədəd yumurta
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı duz
  • 300 qr arzu etdiyiniz pendir

Hazırlanma qaydası:

Əvvəlcə bir qaba un və qabartma tozunu töküb qarışdırın. Üzərinə yumurta və südü əlavə edib tel çırpıcıyla çalın.Pendiri rəndələyib xəmirə əlavə edin və qarışdırın.
Diametri 28 sm olan tavaya 1 xörək qaşığı duru yağı töküb ocaqda isidin. Hazırladığınız pendirli xəmiri tavaya töküb bərabər şəkildə yayın. Tavanın qapağını örtüb zəif odda təxminən 5 dəqiqə bişirin. Tavanın qapağını açıb əlinizlə yoxlayın, əgər əlinizə yapışmırsa deməli çevirə bilərsiniz.
Üzərini yağlayıb boşqab və ya tavanın qapağıyla tərs çevirib tavaya yerləşdirin. Qapağını örtüb 4-5 dəqiqə də digər tərəfini bişirin.
Bişən xaçapurini boşqaba qoyub süfrəyə verin. İstəyə görə üzərini kərə yağıyla yağlayıb,dilimləyib dilimləyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz