Dadına Doymaq Olmayacaq : Bayat Çörəkdən Qəlyanaltı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Evinizdə qalan bayat çörəklərlə həmişə nə edəcəyinizi, necə dəyərləndirəcəyinizi düşünürsünüz? Çörəkləri israf etmək əvəzinə bir çox yemək hazırlamaq olar. Lakin bayat çörəklə yararsız xarab çörəyi qarışdırmayın. Rəngi dəyişən, üzərində ağ və yaşıl təbəqə əmələ gələn çörək qətiyyən istifadə olunmamalıdır!
Mir.az boyat çörəkdən hazırlanan asan və doyurucu yemək reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
16 dilim bayat çörək ( köhnəlmiş )4 ədəd yumurta
3 ədəd pomidor
16 ədəd olbasa dilimi
50 qram kərə yağı
100 qram rəndələnmiş holland pendiri
150 ml süd
1 çay qaşığı duz
1 çay qşığı istiot
Hazırlanma qaydası:
İlk öncə dilimlənmiş bayat çörəklərə incə bir təbəqə halında kərə yağı sürtün. (Yəni çörəkləri yağlayın. )Yağlanmış keks qəlibinə və ya soba sinisinə çörəkləri yanbayan düzün. Pomidorları yuyub dilimlər halında kəsin. Pomidor və kolbasanı çörək dilimlərinin arasına yerləşdirib duz və istiot əlavə edin.
Bir qabda süd ilə yumurtanı çırpın. Sendviç kimi düzdüyünüz bütün çörək, kolbasa və pomidorların üzərinə bu südlü yumurtalı qarışığı töküb ardı ilə sürtgəcdən keçilmiş holland pendir səpin. Əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada çörəklər yumşaq və üzərindəki pendir əriyənə qədər bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz