Azərbaycancaaz
Mir.az » Resept » Novruz Şirniyyatlarının Şahı: Badambura Resepti

Novruz Şirniyyatlarının Şahı: Badambura Resepti

62
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Novruz Şirniyyatlarının Şahı: Badambura Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Badambura, Azərbaycan mətbəxinə aid olan və badam ilə hazırlanan bir şirniyyat növüdür. Badamlı borucuq adı ilə də tanınır. Badambura, milli mətbəximizin ən məşhur şirniyyatlarından biri olaraq bilinir və Novruz süfrələrinin və gəlin xonçalarının bəzəyində istifadə edilir.

Badambura tarixi çox qədimdir və ən azı 16-cı əsrə qədər gedir. Hazırlanma qaydası biraz məşakkətlidir, amma nəticə işin əziyyətinə dəyir.

Badambura, Azərbaycan mətbəxinin ən məşhur şirniyyatlarından biri olduğu kimi, milli adətlər və mərasimlərdə də əsas şirniyyat növlərindən biridir. Xüsusi ilə Novruz bayramında badambura çox tələb olunur və hamı öz evində bu şirniyyatıdan hazırlayır.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • Əla növ buğda unu - 410q,
  • Xama - 185q,
  • kərə yağı - 120q,
  • badam - 220q,
  • şəkər tozu - 180q,
  • hil - 5q,
  • şəkər kirşanı - 35q,
  • maya - 10q,
  • konyak - 3q,
  • duz.

Hazırlanma qaydası:

Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz