Azərbaycancaaz
Mir.az » Resept » Dadından Doymaq Olmaz: Badamlı Ay Peçenyesi Resepti

Dadından Doymaq Olmaz: Badamlı Ay Peçenyesi Resepti

24
asan resept,asan yemək resept,sadə resept
3220 calories, 32 grams fat
Dadından Doymaq Olmaz: Badamlı Ay Peçenyesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Tərkibindəki badamla hamının ağız dadına uyğun olan ,dadlı , ətirli ay formalı peçenye reseptini sınamağa hazırsız ?

NEÇƏ NƏFƏR ÜÇÜN

32 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 150 q kərə yağı
  • 1 yumurta sarısı
  • 1/2 stəkan şəkər tozu
  • 1 paket vanil
  • 1 çay qaşığı üyüdülmüş badam
  • 3,5 çay qaşığı un

  • Bulamaq üçün:
  • 1 çay qaşığı pudra şəkər

Hazırlanma qaydası:

Badamlı ay peçenyeləri üçün əvvəlcə badamları qida prosessorundan keçirin.(Badam miqdarını özünüzə tənzimləyə bilərsiniz.)
Qaba otaq temperaturundakı kərə yağını, şəkər tozu, yumurta sarısı və vanili əlavə edin qarışdırın.
Üzərinə un və üyüdülmüş badamları əlavə edib qarışdırmağa davam edin.
Yumşaq və ələ yapışmayan peçenye xəmirini streç sellofana büküb 15-20 dəqiqə soyuducuda saxlayın.
Vaxtın sonunda soyuducudan xəmiri götürüb əlinizlə ay şəklində peçenyelər hazırlayın.Bu ölçülərlə 32 badamlı ay peçenyesi çıxır.
Soba nimçəsinə ay formalı peçenyeləri düzüb əvvəlcədən 160°C qızdırdığınız sobada 20 dəqiqə bişirin.
Sobadan çıxarıb otaq temperaturuna gəldikdən sonra pudra şəkərinə bulayıb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz