Azərbaycancaaz
Mir.az » Resept » Üstəlik Qlütensiz: Badamlı Lokmalıq Peçenye Resepti

Üstəlik Qlütensiz: Badamlı Lokmalıq Peçenye Resepti

43
asan resept,asan yemək resept,sadə resept
3215 calories, 32 grams fat
Üstəlik Qlütensiz: Badamlı Lokmalıq Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bizim çaya olan həvəsimiz özü ilə kiçik şirniyyatlara olan həvəsi də gətirir.Təbii ki, peçenye səhər, günorta və axşam dəmlədiyimiz çaya çox yaraşır və çayı peçenyesiz təsəvvür edə bilmirik.
Bu dəfə onlarla dadlı peçenye reseptlərinizə yenisini əlavə etmək üçün Mir.az badamlı peçenye reseptini təqdim edir.
Çaylarınızı müşayiət etmək üçün bol kakaolu,badamlı, daha az şəkərli, zülalsız və yağsız lokmalık peçenyelər hazırlamağın vaxtıdır.

NEÇƏ NƏFƏR ÜÇÜN

32 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:


    Xəmir üçün:
  • 2 stəkan badam tozu
  • 1 çay fincanı pudra şəkər
  • 4 xörək qaşığı kakao
  • 2 ədəd yumurta
  • 1/2 çay fincanı süd

  • Üzəri üçün:
  • 1 xörək qaşığı pudra şəkər

Hazırlanma qaydası:

Badam tozu,şəkər tozu və kakaonu qarışdırın.
Üzərinə yumurta və süd əlavə edib qarışdırmağa davam edin və bir az maye xəmir əldə edin.
Xəmirdən kiçik qoz böyüklüyündə parçalar götürün və qaşığın köməyi ilə yağlı kağızla örtülmüş soba nimçəsinə düzün.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin.
Soyuduqdan sonra üzərinə pudra şəkər tozu səpib ləzzət alın.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz