Yuxu Zamanlayıcısı
00:00
Müsyö Girard bizə kitab tövsiyə etdi və onu oxumağımızı söylədi. Bu, Eks-Marsel Universitetinin rektoru Jül Payonun “İradənin tərbiyəsi” kitabı idi. Ertəsi gün şəhərə getdim, kitabı aldım, qoca bir palıd ağacının altında oturub oxumağa başladım. Oxuduqca təəssüf və peşmanlıqla qarışıq qeyri-müəyyən bir ağrı hiss etməyə başladım. Öz-özümə: “Ah, bu kitabı on səkkiz, iyirmi yaşımda almalıydım” dedim və gecikdiyimə görə təəssüfləndim.
Şərhlər 1
Şərh Yaz