Özümüzə qarşı səmimi olma cəsarətini necə qazanarıq, kim olduğumuzdan hər zaman əmin olmasaq da?
Paulo Coelho “Portobello Cadügəri” əsərində məhz bu sualın cavabını axtarır. Əlinizdəki kitab, Athena adlı sirli bir qadının mənəvi və emosional səyahətinin hekayəsidir.
“İnsanlar bir reallıq yaradırlar, sonra da öz yaratdıqları reallığın qurbanına çevrilirlər. Athena buna qarşı çıxdı və bunun əvəzini ağır ödədi.”
— Heron Ryan, jurnalist
“Athena məni hisslərimə məhəl qoymadan istifadə etdi və yönləndirdi. O, mənim müəllimim idi; müqəddəs sirləri ötürməyi və əslində hamımızda mövcud olan o naməlum gücü oyatmağı öz üzərinə götürmüşdü. Biz yad bir dənizə atılanda, bizə yol göstərənlərə kor-koranə inanırıq, çünki onların bizdən daha çox bildiyinə əminik.”
— Andrea McCain, teatr aktrisası
“Athena-nın ən böyük problemi, XXI əsrdə yaşayan bir XXII əsr qadını olması və bu həqiqəti gizlətməməsi idi. Bəs o, bunun əvəzini ödədi mi? Əlbəttə, ödədi. Amma əgər o, coşqu ilə dolu olan həqiqi mənliyini basdırsa idi, çox daha böyük bir bədəl ödəyəcəkdi.”
— Deidre O’Neill, “Edda” adı ilə tanınır
Şərhlər 0
Şərh Yaz