Kral məşuqələri, homoseksual fayton sürücüləri, orta əsr transvestitləri, cadugərlər, heyvanlarla əlaqəsi olanlar, fahişə rahibələr və Londonlu muzdlu oğlanlar kimi qeyri-adi personajların rəngləndirdiyi seks tarixində bir dövrdə və cəmiyyətdə normal qarşılanan davranışlar digərində ən ağır şəkildə cəzalandırıldı. Lakin seks dürtüsü qədim dövrlərdən bəri onu cilovlamağa çalışan hər cür cəhdə qarşı durdu. "Seks və Cəza" dörd min illik cinsi həyat, din və mülkiyyət üçbucağının bucaqlarının çox da dəyişmədiyini göstərir. "Əlbəttə ki, zorlama, zina, insest və seks hüququ sahəsinə aid olan digər bütün məsələlər bəşəriyyətin mövcudluğundan bəri baş vermişdir. Dəyişən yeganə şey insanların bir-birlərinin bədənlərini nəzarət altında saxlamaq üçün istifadə etdikləri üsullar və bu üsullardan istifadə səbəbləridir." Erik Berkovitz Qədim Mesopotamiyada zina edən bir qadının şişə oturdulmasından başlayaraq 1895-ci ildə Oskar Uayldın "böyük əxlaqsızlıq" cinayətinə görə həbs cəzası aldığı dövrə qədərki seks hüququnun uzun tarixini göz önünə sərir. "Seks və Cəza, seks və günah haqqında heyrətamiz məlumatlarla doludur." Guardian
Şərhlər 0
Şərh Yaz