Xəyal qurmağı hər şeydən çox sevən Anna Şirli, sizi gah güldürüb gah da kədərləndirəcək unudulmaz bir səyahətə çıxarır.
Metyu və Marilla Katbert qardaşlar özlərinə kömək edəcək bir oğlan uşağını övladlığa götürməyə qərar verirlər. Ancaq kiçik bir anlaşılmazlıq nəticəsində Yaşıl Damlar'a rəngarəng təxəyyülü, böyük fikirləri və heç sevmədiyi qırmızı saçları ilə sevimli Anna Şirli gəlir. Yaşıl Damlar'a çatar-çatmaz fermanın gözəlliyi ilə ovsunlanan və xəyallar qurmağa başlayan bu kiçik qız uşağı macəradan macəraya qaçarkən bacarıqları, ağlı, yumoru və bitib-tükənmək bilməyən həyəcanı ilə qarşılaşdığı hər kəsi təəccübləndirir, əyləndirir və təsir altına alır. Bu əsnada etdiyi səhvlərdən də dərs çıxaran Anna dostluğu, ailə sevgisini və böyüməyi öyrənir.
L. M. Montqomerinin çox sevilən və Netflix tərəfindən seriala da uyğunlaşdırılan bu kitabı, sizləri Annanın ucsuz-bucaqsız xəyallarla bəzənmiş dünyasını kəşf etməyə dəvət edir.
Şərhlər 1
Şərh Yaz