Azərbaycancaaz
Mir.az » Səsli Kitab » Ayşegül Çelik -Kağız Gəmilər (Səsli Kitab)

Ayşegül Çelik - Kağız Gəmilər

Ayşegül Çelik -Kağız Gəmilər (Səsli Kitab)
  • Reytinq: 6
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Yuxu Zamanlayıcısı 00:00

İki səhifə arasına bir reyhan yarpağı qoyuram. Bu, nağılın ilk hərfidir. Çünki onun altında nəhəng bir meşə quracağam. Oxuduğun ilk sətir səni sabah günəşinin vurduğu dumanlı bir cığıra aparacaq. Ağaclara sarmaşan qızılgül kollarının, oleandrların arasından yavaş-yavaş yürüyəcəksən. Torpaqdan qalxan buxar "Çinarları salamla!" deyə pıçıldayacaq. O zaman dayanıb ətrafını saran ağaclara bir daha baxacaqsan. Bir daha və yeni bir gözlə. Necə tərtəmiz bir xoşbəxtliklə torpaqdan fışqırdıqlarına təəccüblənəcəksən. Ağac deyilən möcüzəni ilk görüşün bu olacaq. Nəm torpağın qoxusunu içinə çəkəcəksən. Şeh damlalarındakı günəş gözünü qamaşdıracaq. Eyni çaydan su içən maral ilə pələngi, göydə qol-qola gəzən günəş və ayı görəndə, burada keçərli pulun mərhəmət, dilin eşq olduğunu anlayacaqsan.

Ayşegül Çelikin 2010-cu il Yunus Nadi Hekayə Mükafatına layiq görülən hekayələri nağılvari bir dünyaya açılır. Yazıçı, röyadan gerçəkliyə axan hekayələrlə nağıla qədəm qoyduğunu zənn edən oxucunu, hiss etdirmədən günümüzün zorakılıqla dolu dünyasına çəkir. Minillik Anadolu əfsanələrindən indiki zamana, tanış hekayələrə yol alan "Kağız Gəmilər" müasir hekayənin dilini, quruluşunu ustalıqla təmsil edir. Hamısı nağılın içində, nağıl hamısının içində... Ayşegül Çelikin yaratdığı dünya, qapısından içəri girdiyiniz anda çıxmaq istəməyəcəyiniz bir dünyadır...

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar